Goranboy Rayon İcra Hakimiyyəti “Goranboy şəhəri, Cəfər Cabbarlı, Rövşən Mustafayev, Yahuzər Bayramov, Salahəddin Civəzadə, Rəsul Rza küçələrində, Heydər Əliyev prospektində, “Goranboy rayonu” lövhəsinin tikintisində, Şəhidlər xiyabanı və Heydər Əliyev mərkəzinin qarşısında abadlıq işləri” tenderinin nəticələrini elan edib.
FED.az xəbər verir ki, tenderin qalibi “Göygöl Tikinti” MMC olub.
Şirkətlə 364 774 manat məbləğində müqavilə imzalanıb.