Goranboy Şəhər İcra Nümayəndəliyi küçələrin abadlıq işləri və təmiri ilə bağlı 2 tendere yekun vurub.
FED.az xəbər verir ki, “Goranboy şəhəri 58-ci kvartal, Şamil Quliyev, Əli Mehdiyev və Elxan Süleymanov küçələrində asfalt-beton örtüyünün əsaslı təmiri” tenderin qalibi “Ərdagı” MMC olub.
Şirkətlə 455 449 manat məbləğində müqavilə imzalanıb.
“Goranboy şəhəri, Tacir Cəfərov, Şamil Quliyev, Əli Mehdiyev, Nəriman Nərimanov, küçə-1, küçə-2, küçə-3, küçə-4 və küçə-5 küçələrində abadlıq işləri” tenderinin qalibi “Ərdagı” MMC olub.
Şirkətlə 205 992 manat məbləğində müqavilə imzalanıb.