Goranboy Rayon İcra Hakimiyyəti açıq tender elan edir.
FED.az xəbər verir ki, elanda Goranboy şəhəri, Cəfər Cabbarlı, Rövşən Mustafayev, Yahuzər Bayramov, Salahəddin Civəzadə, Rəsul Rza küçələrində, Heydər Əliyev prospektində, “Goranboy rayonu” lövhəsinin tikintisində, Şəhidlər xiyabanı və Heydər Əliyev mərkəzinin qarşısında abadlıq işləri nəzərdə tutulur.
Müsabiqədə iştirak haqqı 450 manatdır.
Satınalan təşkilatın VÖEN-i: 6100027101
Satınalan təşkilatın ünvanı: Azərbaycan Respublikası Goranboy rayon İcra Hakimiyyəti, Goranboy şəhəri Heydər Əliyev prospekti N1
Müsabiqənin başlama tarixi və vaxtı: 06.07.2023 12:00
Tələb olunan sənədlərin təqdim edilməsinin son tarixi və vaxtı: 26.07.2023 15:00
Təkliflərin son təqdim olunma tarixi və vaxtı: 03.08.2023 15:00
Zərflərin açılış tarixi və vaxtı: 04.08.2023 15:00
Tələb olunan sənədlər
Təşkilati və hüquqi sənədlər:
Azərbaycan Respublikasında vergilərə və digər icbari ödənişlərə aid yerinə yetirilməsi vaxtı keçmiş öhdəliklərin, habelə son bir il ərzində (fəaliyyətini dayandırdığı müddət nəzərə alınmadan) vergi ödəyicisinin Azərbaycan Respublikasının Vergi Məcəlləsi ilə müəyyən edilmiş vəzifələrinin yerinə yetirilməməsi hallarının mövcud olmaması barədə arayış ( 06 iyul 2023-cü ildən sonrakı dövr)
İddiaçının fəaliyyəti haqqında vergi orqanları tərəfindən təsdiq olunmuş maliyyə hesabatının surəti
Malgöndərənin (podratçının) son bir ildəki (əgər daha az müddət fəaliyyət göstərirsə, bütün fəaliyyəti dövründəki) maliyyə vəziyyəti barədə bank tərəfindən təqdim edilmiş arayış
Nizamnamənin notarial qaydada təsdiq olunmuş surəti
Qeydiyyatdan keçdiyi ölkənin notarial qaydada təsdiq olunmuş sənədlərinin surətləri
Rekvizitlər
Satınalma prosedurlarının başlanmasından əvvəlki 5 il ərzində özlərinin, habelə işlərini idarə edənlərin, qulluqçularının peşəkar fəaliyyətləri, yaxud satınalma müqaviləsinin bağlanması üçün ixtisas göstəricilərini yanlış göstərmələri ilə əlaqədar cinayətə görə məhkum olunmaması, yaxud onların müvafiq peşə fəaliyyətləri ilə məşğul olmasının məhkəmə qaydasında qadağan edilməməsi barədə sənəd (03 iyul 2023-cü ildən sonrakı dövr)
İddiaçının mikro, kiçik və orta sahibkarlıq meyarlarına uyğun olması haqqında sənəd.
Müflis elan olunmaması, əmlakı üzərinə həbs qoyulmaması, ödənişə yönəlmiş girovun olmaması, məhkəmənin qərarı ilə kommersiya fəaliyyəti dayandırılmış şəxs olmaması barədə sənəd (06 iyul 2023-cü ildən sonrakı dövr)
Müvafiq sahibkarlıq fəaliyyəti növünün həyata keçirilməsi və ya müəyyən hərəkətlərin yerinə yetirilməsi üçün müvafiq lisenziyaya və ya icazəyə malik olmasının notarial qaydada təsdiq olun-muş sənədinin surəti (01 iyun 2023-cü ildən sonrakı dövr)
Öz əmlakından sərbəst və məhdudiyyətsiz istifadə etmək imkanı, habelə ödəmə qabiliyyəti olması barədə məktubun əsli və ya notarial qaydada təsdiq olunmuş surəti (06 iyul 2023-cü ildən sonrakı dövr)
Satınalma müqaviləsini bağlamaq səlahiyyəti olması barədə imza səlahiyyəti olan şəxsin (əgər təsisçi direktor deyilsə) əmrinin surəti
İddiaçının işlərin həyata keçirilməsi üçün maliyyə imkanlarının olması barədə audit hesabatı (əgər varsa)
Malgöndərənin texniki imkanları (icra olunacaq işlər üzrə işlərin görülməsinin standartlara cavab verə biləcək avadanlıqları).
İşin icrası üçün müqavilə imzalayacağı subpodratçı barədə məlumatlar (subpodratçı cəlb ediləcəyi təqdirdə).
İxtisas göstəriciləri:
Satınalma müqaviləsinin icrasını təmin etmək üçün müvafiq sahədə peşəkarlığının, təcrübəsinin, texniki və maliyyə imkanlarının, işçi qüvvəsinin, idarəetmə səriştəsinin, işin adına uyğun olan beynəlxalq səviyyəli sertifikart, etibarlığının olması (Son 2 il (01 yanvar 2021 – 31 dekabr 2022) ərzində ümumi məbləği 500 000 AZN-dən az olmayan, oxşar işi əhatə edən (oxşarlıq layihə və texniki spesifikasiyalarda təsvir edilən fiziki ölçüyə, mürəkkəbliyə, metodlara, texnoloqiyaya və digər xüsusiyyətlərə əsaslanmalıdır) ən azı bir sifarişi baş podratçı kimi qənaətbəxş şəkildə icra etməsi haqda məlumat və təsdiqedici sənədlər, son bir il (01 yanvar 2021 – 31 dekabr 2022) ərzində ən azı 500 000 AZN dövriyyə tələb olunur) digər tələblər.
Malgöndərənin müvafiq sahədə peşəkarlığı və təcrübəsi
İşçi heyyəti haqqında məlumat. (təqdim edilən işçilərin portaldan bildirişləri,iş təcrübəsi və digər məlumatlar)
İddiaçıların son iki il ərzində digər təşkilatlarla iş birliyi haqqında qısa məlumatı arayış növündə tam şəffaf olaraq təqdim edilməlidir (sifarişçi tərəfindən verilmiş təqdimat)
Malgöndərənlərlə (podratçılarla) vasitəçi olmadan əlaqəni təmin edən, onlarla məlumat mübadiləsini aparan satınalan təşkilatın vəzifəli şəxsi (/ləri) - Şəmil Həsənəliyev, Baş mühasib
Email: [email protected]
Əlaqə telefonu: 0505959009