Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin avtomobillərinin təmir edilməsi üçün elan etdiyin tenderin qalibi müəyyənləşib.
FED.az xəbər verir ki, qalib şirkət “İdeal Motors” MMC olub. Müqavilə avtomobillərin təmiri, onlara ehtiyyat hissələrinin və sürtgü materiallarının alınması və dəyişdirilməsi xidmətlərinin satınalınması üzrə olub. Bağlanmış müqavilənin dəyəri isə 265682 manat təşkil edib.