GL Group və onun ailə şirkətlərindən olan “Salyan Oil Limited” podratçılar üçün "Qazma üzrə quyu xidmətlərinin göstərilməsi" üçün növbəti açıq tenderini elan edib.
FED.az xəbər verir ki, tender 9 lot üzrə keçirilir:
Lot 1 - Sementləmə Xidmətləri
Lot 2 - İstiqaməti qazma və Qazma Zamanı Ölçmə / Qazma Zamanı Karotaj Xidmətləri
Lot 3 - Qazma Məhlulu və Xidmətlər
Lot 4 - Qazma Yasslarının İcarəsi
Lot 5 - Quyuda tutma / Qəza Ləğvetmə Xidmətləri
Lot 6 - Qaz Karotajı Xidmətləri
Lot 7 - Boru Quraşdırma Xidmətləri
Lot 8 - Telemetrik Karotaj Xidmətləri
Lot 9 - Birləşdirmə və Sökmə (burğulama) Xidmətləri
QEYD:
GL Group MMC və onun ailə şirkətlərinin tenderlərində iştirak etmək istəyənlərin nəzərinə!
- İlkin qiymətləndirmə prosesindən keçmək üçün [email protected] email adresinə müraciət edə bilərsiniz.
- Müraciət edildikdən sonra sizə prekvalifikasiya sənədləri təqdim ediləcək.
- Təchizatçılar sözügedən sənədləri doldurub geri göndərməlidirlər.
- İlkin qiymətləndirmə üçün bütün müraciətlər daxili yoxlama və qiymətləndirmədən keçərək araşdırılır.
- Prekvalifikasiya sənədlərinin təqdim edilməsi GL Group və onun iştirak paylarına sahib olduğu şirkətlərin tenderlərində iştirak hüququna zəmanət vermir. Bu proses potensial təchizatçılar haqqında ilkin məlumatları təmin edir.
- Prekvalifikasiya təchizatçıların GL Group və onun iştirak paylarına sahib olduğu şirkətlərin tenderlərində iştirak üçün ilkin siyahıya daxil edilməsinə zəmanət vermir.