“Araz Supermarket” MMC və “OBA Retail Chain” MMC-nin qış mövsümünə uyğun işçi geyimləri təminatına dair açıq tender elan edir.
Tenderdə iştirak etmək istəyən şirkətlər ilkin olaraq qeydiyyatdan keçdikdən sonra ətraflı məlumat mail üzərindən iştirakçı şirkətlərə təqdim olunacaqdır. Tender iştirakçıları aşağıdakı sənədləri təqdim etməli olacaqlar:
-Tender təklifi;
-Tender təklifi dəyərinin 2 % -i həcmində bank təminatı;
-Azərbaycan Respublikasında vergilərə və digər icbari ödənişlərə dair yerinə yetirilməsi vaxtı keçmiş öhdəliklərin olmaması haqqında müvafiq vergi orqandan arayış
-İddiaçının son bir ildəki fəaliyyəti haqqında maliyyə hesabatının surəti;
-İddiaçının son bir ildəki maliyyə vəziyyəti haqqında bank arayışı;
-İddiaçının tam adı hüquqi statusu, nizamnaməsi, qeydiyyatdan keçdiyi ölkə və rekvizitləri;
-İddiaçılar müvafiq mallar üzrə mənşə və uyğunluq sertifikatları və s.
Hazırlanacaq geyimlərin (köynək, kurtka, önlük, papaq, gödəkçə, qalstuk, jaket və s.) keyfiyyəti müvafiq labaratoriyalarda yoxlanacaq və testdən keçiriləcəkdir. Tenderdə iştirak etmək istəyən iddiaçılar tam adı, hüquqi statusu və rekvizitlərini e-mailin mövzu yerinə Tender yazaraq T[email protected] elektron ünvanına göndərə bilərlər. Müraciətlər üçün son tarix 20.07.2018-ci ildir.