Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi tərəfindən elan edilən 7 tenderin nəticələri açıqlanıb.
Xroniki xəstəliklər üçün dərmanların alınmasına 15 milyon manat ayrılır - TENDER
FED.az xəbər verir ki, Nazirlik bu tenderlər vasitəsilə ölkənin müxtəlif bölgələrində yerləşən idman obyektlərinin yenilənməsi və tikintisi üçün ümumilikdə 37 milyon 161 min 249,98 manat məbləğində vəsait ayırıb.
Ən iri məbləğli satınalma Qəbələ Olimpiya İdman Kompleksinin tikintisi ilə bağlı olub. Bu layihə üzrə tenderin qalibi “Modern Construction” MMC olub və müqavilənin dəyəri 8.263.129,8 manat təşkil edir. Eyni şirkət həmçinin Qaradağ rayonu, Səngəçal və Ələt qəsəbələrində yerləşən mini-futbol meydançası və idman zallarının tikintisi işlərini də həyata keçirəcək. Bu layihənin dəyəri isə 3.769.491,83 manat təşkil edir.
Tenderlər və qalib olan şirkətlər haqqında daha detallı məlumat:
Qeyd edək ki, “Planet Construction” MMC 2018-ci ildə yaradılıb, nizamnamə kapitalı 50 AZN təşkil edir. Şirkətin qanuni təmsilçisi Qafqaz Şirinov Tehran oğludur. Hüquqi ünvanı AZ1108, Bakı şəhəri Binəqədi rayonu, Binəqədi ştq, Əcəmi Naxçıvani, ev 4, m. 5 ünvanında yerləşir.
Qeyd edək ki, “Modern Construction” MMC 2017-ci ildə yaradılıb, nizamnamə kapitalı 100 AZN təşkil edir. Şirkətin qanuni təmsilçisi İlqar Zeynalov Adgözəl oğludur. Hüquqi ünvanı AZ1130, Bakı şəhəri Binəqədi rayonu, Azadlıq pr. , ev 14/70, m. 48 ünvanında yerləşir.
Qeyd edək ki, “Alians” MMC 2006-cı ildə yaradılıb, nizamnamə kapitalı 10 AZN təşkil edir. Şirkətin qanuni təmsilçisi Bəxtiyar Əliyev Camal oğludur. Hüquqi ünvanı AZ1110, Bakı şəhəri Nərimanov rayonu, Azadlıq pr., ev 149, m. 68 ünvanında yerləşir.
Qeyd edək ki, “The Best Constructions” MMC 2016-cı ildə yaradılıb, nizamnamə kapitalı 10 AZN təşkil edir. Şirkətin qanuni təmsilçisi Leyla Ələkbərova İslam qızıdır . Hüquqi ünvanı AZ4001, Quba Rayonu, Dəvədabanı ünvanında yerləşir.
Qeyd edək ki, “Şəms 95” MMC 1995-ci ildə yaradılıb, nizamnamə kapitalı 10 AZN təşkil edir. Şirkətin qanuni təmsilçisi Qasim Qasimov Məmməd oğludur. Hüquqi ünvanı AZ1149, Bakı şəhəri Xətai rayonu, Neapol, ev 23, m. 37 ünvanında yerləşir.
Satınalma predmeti |
Qalibin adı |
Qalibin VÖEN-i |
Məbləğ |
Şəki Olimpiya İdman Kompleksinin təmiri işlərinin satın alınması |
“Planet Construction” MMC |
1005274361 |
6.887.701,15 AZN |
Xankəndi şəhər stadionunda söküntü işlərinin satın alınması |
“Planet Construction” MMC |
1005274361 |
289.019,47 AZN |
Qəbələ Olimpiya İdman Kompleksinin tikintisi işlərinin satın alınması |
“Modern Construction” MMC |
1503560971 |
8.263.129,8 AZN |
Göygöl Olimpiya İdman Kompleksininəsaslı təmiri işlərinin satın alınması |
“Alians” MMC |
1500887061 |
3.734.868,62 AZN |
Gəncə Olimpiya İdman Kompleksinin tikintisi işlərinin satın alınması |
“The Best Constructions” MMC |
1403493301 |
7.336.091,94 AZN |
Mingəçevir Kür Olimpiya İdman Tədris Mərkəzinin təmiri işlərinin satın alınması |
“Şəms 95” MMC |
3200008381 |
6.880.947,17 AZN |
Qaradağ rayonu, Səngəçal və Ələt qəsəbələrində yerləşən mini-futbol meydançası və idman zallarının tikintisi işlərinin satın alınması |
“Modern Construction” MMC |
1503560971 |
3.769.491,83 AZN |