Vətəndaşlara Xidmət Və Sosial İnnovasiyalar Üzrə Dövlət Agentliyi "1 saylı Gəncə regional “ASAN xidmət” mərkəzində 2023-cü il üçün təmizlik xidmətlərinin satınalınması" tenderinə yekun vurub.
FED.az xəbər verir ki. tenderin qalibi "Şeh" MMC seçilib.
Tender müqaviləsinin dəyəri 161 970 manatdır.
Qeyd edək ki, şirkət bundan əvvəl Kənd Təsərrüfatı Nazirliyinin 122 559 manat dəyərindəki “Kənd Təsərrüfatı Nazirliyinin yeni inzibati binasında fasadın təmizlənməsi və təmiri üzrə sistemin qurulması işləri”nin satın alınması" tenderinin qalibi seçilib (23.09.2022).
Qeyd edək ki, "Şeh" MMC 02.02.2013-cü ildə dövlət qeydiyyatına alınıb. Şirkətin nizamnamə kapitalı 15 manatdır. Qanuni təmsilçisi Seyfulla Hacızadə Seyran oğludur.
Hüquqi ünvanı Az1090 Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, Rasim İmranov (Buzovna) ev 2. m 13-də yerləşir.