Gəncə icra hakimiyyəti Şahlar Hüseynov (köhnə Tağı Arani) küçəsi 13A nömrəli ünvanda yeni çoxmənzilli yaşayış binasının tikintisi işlərinin satın alınması üçün tenderə yekun vurub.
FED.az xəbər verir ki, 2019-cu il iyulun 10-da keçirilmiş təkliflər sorğusunda iştirak edən iddiaçıların təklifləri qiymətləndirilib.
Eləcə də bax: Dövlət universitetində tikinti və təmir işləri – TENDERLƏR
Tender komissiyasının 12 iyul 2019-cu il tarixli yekun protokoluna əsasən “ATLAS ES” MMC (Hüquqi ünvanıAZ1021, Bakı şəhəri,Səbail rayonu, Badamdar ŞTQ, Badamdar şossesi ev 165) ən aşağı qiymət təklifi verən iddiaçı kimi qalib elan olunub. Həmin müəssisə ilə Gəncə Şəhər İcra Hakimiyyəti arasında 2019-cu il iyulun 14-də satınalma müqaviləsi imzalanıb.