Gəncə Şəhər İcra Hakimiyyəti tikinti işlərinin davamı ilə bağlı tenderin nəticələrini açıqlayıb.
FED.az xəbər verir ki, “Rövşən Oğuz Qrup” MMC (1700993511) qalib seçilib.
Şirkətlə 28 663 031 manat məbləğində satınalma müqaviləsi imzalanıb.
Müqaviləyə görə Gəncə şəhərində İdman Sarayının tikintisi işlərinin davam etdirilməsinin satın alınması işləri nəzərdə tutulur.