Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Ərazi Tikinti-Planlaşdırma Mərkəzi açıq tenderə dəvət edir
FED.az xəbər verir ki , elanda Gəncə Memorial Kompleksinin tikintisi işləri nəzərdəm tutulur.
İştirak haqqı 1500 manatdır
Tələb olunan sənədlərin təqdim edilməsinin son tarixi və vaxtı: 28.08.2023-cü il saat 16:00
Təkliflərin son təqdim olunma tarixi və vaxtı: 05.09.2023-cü il saat 16:00
Zərflərin açılış tarixi və vaxtı: 06.09.2023-cü il saat 16:00
Satınalan təşkilatın ünvanı: Azərbaycan Respublikası, Bakı ş., Səbail r., İstiqlaliyyət küç. 18.
Əlaqələndirici şəxs və onun əlaqə nömrəsi: Asim Yaqubov +99412 492-31-89 (daxili 814)
Tenderdə iştirak etmək istəyənlər aşağıdakı hesaba 1500 manat məbləğində iştirak haqqını ödəməklə ödəniş sənədi və tenderdə iştirak üçün ərizə təqdim etməklə tenderin əsas şərtlər toplusunu satınalan təşkilatdan əldə edə bilər.
yVÖEN: 1702590101
Hesab № AZ69AIIB38060019440428793102
Bankın adı: "Kapital Bank" ASC-nin "Mərkəz" filialı
Kodu: 200026
VÖEN: 9900003611
Müxbir hesab № AZ37NABZ01350100000000001944
S.W.İ.F.T. AIIBAZ2X
Təsnifat Kodu: 142330
Səviyyə kodu: 7
İştirak haqqı heç bir halda geri qaytarılmır.
Tenderdə iştirak etmək üçün 28.08.2023-cü il saat 16:00-dək aşağıdakı sənədlərin satınalan təşkilata təqdim edilməsi tələb olunur:
– Tenderdə iştirak üçün ərizə;
– Tenderdə iştirak haqqının ödənilməsi barədə bank sənədi;
– İştirakçının tam adı, hüquqi statusu, nizamnaməsi, qeydiyyatdan keçdiyi ölkə və rekvizitləri;
– İştirakçının Azərbaycan Respublikasında vergilərə və digər icbari ödənişlərə dair yerinə yetirilməsi vaxtı keçmiş öhdəliklərinin, habelə son bir il ərzində (fəaliyyətini dayandırdığı müddət nəzərə alınmadan) Azərbaycan Respublikasının Vergi Məcəlləsi ilə müəyyən edilmiş vəzifələrinin yerinə yetirilməməsi hallarının mövcud olmaması barədə müvafiq vergi orqanı tərəfindən verilmiş arayış;
– İştirakçının müflis elan olunmaması, əmlakı üzərinə həbs qoyulmaması, ödənişə yönəlmiş girovun olmaması, məhkəmənin qərarı ilə kommersiya fəaliyyəti dayandırılmış şəxs olmaması, öz əmlakından sərbəst və məhdudiyyətsiz istifadə etmək imkanının olması barədə arayış;
– Satınalma prosedurlarının başlanmasından əvvəlki 5 il ərzində özlərinin, habelə işlərini idarə edənlərin, qulluqçularının peşəkar fəaliyyətləri, yaxud satınalma müqaviləsinin bağlanması üçün ixtisas göstəricilərini yalnış göstərmələri ilə əlaqədar cinayətə görə məhkum olunmaması, yaxud onların müvafiq peşə fəaliyyətləri ilə məşğul olmasının məhkəmə qaydasında qadağan edilməməsi barədə arayış;
– İştirakçının son bir ildəki fəaliyyəti haqqında vergi orqanları tərəfindən təsdiq olunmuş maliyyə hesabatının surəti;
– İştirakçının son bir ildəki maliyyə vəziyyəti haqqında bank arayışı;
– İştirakçının hansı sahibkarlıq subyekti kateqoriyasına aid olması barədə arayış;
– Tenderin əsas şərtlər toplusunda tələb olunan digər sənədlər.
Malgöndərənin (podratçının) ixtisas uyğunluğunun yoxlanılması üçün aşağıdakı meyarlar üzrə əsas şərtlər toplusunda tələb olunan sənədlər:
– Analoji sahədə təcrübəsinin və peşəkarlığının olması: a) Son 10 ildə əvvəlindən tam hazır vəziyyətə gətirilənədək (Turn-key) azı 1 analoji layihə icra etmiş olmalı. (Burada azı 1 analoji layihə dedikdə: azı 1 müasir və unikal (birtipli olmayan, standart tikililərdən fərqlənən) memarlıq obyektinin tikintisi; bu tenderin predmeti olan obyektin layihəsi (memorial, yaxud mədəni və ya ictimai obyekt), xüsusiyyətləri ilə oxşar, həcmi ilə yaxın və ya daha iri olan azı 1 obyektin tikintisi ; azı 1 hidroizolyasiya, dəmir-beton işləri, alüminium profilli şüşəli fasadların, istilik və soyutma sistemlərinin quraşdırması, yanğından mühafizə sistemlərinin quraşdırılması, mühəndis kommunikasiya işləri, bərpa, konservasiya və abadlıq işlərinin icra edilməsində təcrübəsinin olması nəzərdə tutulur). b) Tamamlanmış 1 analoji layihənin dəyəri azı 5 milyon manat olmalıdır.
– Bu tenderin predmeti üzrə işlərin yerinə yetirilməsi üçün maliyyə imkanlarının və ödəmə qabiliyyətinin olması (son bir maliyyə ili üzrə illik gəliri 15 milyon manat və ya bank hesabında vəsaiti yaxud ilkin kredit razılığı sənədi üzrə vəd edilən kredit məbləği azı 2 milyon manat olmalıdır);
– Bu tenderin predmeti üzrə işl
ərin yerinə yetirilməsi üçün texniki imkanlarının olması (təsdiqedici sənədlər təqdim edilməlidir);
– Bu tenderin predmeti üzrə işlərin yerinə yetirilməsi üçün işçi qüvvəsinin olması (Əsas işçi heyətin - Layihə rəhbəri, baş memar, konstruktor, baş mühəndis, istilik və soyutma sistemi, elektrik və santexnika üzrə mütəxəssislər (MEP) və əməyin mühafizəsi üzrə mütəxəssislərin təklif olunan vəzifə üzrə azı 3 il iş təcrübəsinin olması tələb olunur.);
– Analoji sahədə idarəetmə səriştəsinin və etibarlılığının olması;
– Müvafiq sahibkarlıq fəaliyyəti növünün həyata keçirilməsi və ya müəyyən hərəkətlərin yerinə yetirilməsi üçün müvafiq lisenziyaya malik olması;
Tenderdə iddiaçı kimi qeydə alınan malgöndərənlər (podratçılar) 05.09.2023-cü il saat 16:00-dək öz tender təkliflərini satınalan təşkilatın ünvanında təqdim etməlidirlər. Tender təklifi texniki və maliyyə təklifindən və tender təklifinin təminatından ibarətdir.
Tender təklifinin qüvvədə olma müddəti zərflərin açıldığı gündən sonra 60 bank günü təşkil etməlidir.
Tender təklifinin təminatı tender təklifinin qiymətinin 1%-i həcmində bank qarantiyası formasında olmalı və onun qüvvədə olma müddəti tender təklifinin qüvvədə olma müddətindən 30 bank günü çox olmalıdır.
Sənədlər Azərbaycan dilində, 2 nüsxədə (əsli və surəti) tərtib olunmalı (xarici dildə olan tender təklifləri Azərbaycan dilinə tərcümə edilməli) və möhürlənmiş ikiqat zərfdə təqdim edilməlidir. Göstərilən vaxtdan gec təqdim edilmiş zərflər açılmadan geri qaytarılacaqdır.
Təkliflərin açılışı zamanı iddiaçıların səlahiyyətli nümayəndələri iştirak edə bilərlər.