Gəncə Şəhər Mənzil Kommunal Təsərrüfat İstehsalat Birliyi açıq tender elan edir.
FED.az xəbər verir ki, tenderdə Gəncə şəhərində yolların əsaslı təmiri işlərinin satınalınması nəzərdə tutulur.
Müsabiqədə iştirak haqqı 2000 manatdır.
Satınalan təşkilatın ünvanı: Heydər Əliyev Meydanı inzibati Bina otaq 410
Tələb olunan sənədlərin təqdim edilməsinin son tarixi və vaxtı: 17.05.2023 18:00
Təkliflərin son təqdim olunma tarixi və vaxtı: 25.05.2023 12:00
Zərflərin açılış tarixi və vaxtı: 26.05.2023 12:00
Əlaqələndirici şəxs: Mehtizadə Hüseynalı
Əlaqələndirici şəxsin nömrəsi: +994 55 400 94 89
İddiaçılar tenderdə iştirak etmək üçün aşağıdakı sənədləri təqdim etməlidirlər
İddiaçının tam adı hüquqi statusu,nizamnaməsi qeydiyatdan keçdiyi ölkə və rekvizitlər
- Tenderdə iştirak haqqının ödənilməsi barədə bank sənədi
- Tender təklifi (zərflərin açıldığı gündən qüvvədə olma müddəti) 90 bank günü
- Tender təklifinin ümumi qiymətinin 1 faizi məbləğində təminatın qüvvədə olma müddəti (zərflərin açılış tarixindən sonra) 30 bank günü
- Azərbaycan Respublikasında vergilərə və digər icbari ödənişlərə dair yerinə yetirilməsi vaxtı keçmiş öhdəliklərin olmaması haqqında müvafiq vergi orqanından arayış
- İddiaçının son bir ildəki fəaliyyəti haqqında vergi orqanları tərəfindən təsdiq olunmuş maliyyə hesabatının surəti
- İddiaçının son bir ildəki maliyyə vəziyyəti haqqında bank arayışı
- İddiaçının tam adı hüquqi statusu, nizamnaməsi qeydiyyatdan keçdiyi ölkə və rekvizitləri
- Satınalan təşkilatın müəyyən etdiyi digər sənədlər
- 1. Azərbaycan Respublikasında vergilərə və digər icbari ödənişlərə dair yerinə yetirilməsi vaxtı keçmiş öhdəliklərinin, habelə son bir il ərzində (fəaliyyətini dayandırdığı müddət nəzərə alınmadan) vergi ödəyicisinin Azərbaycan Respublikasının Vergi Məcəlləsi ilə müəyyən edilmiş vəzifələrinin yerinə yetirilməməsi hallarının mövcud olmaması barədə arayış- (26.04.2023-cü il tarixindən sonrakı) 2. Fəaliyyəti haqqında vergi orqanları tərəfindən təsdiq olunmuş maliyyə hesabatının surəti - müvafiq orqan tərəfindən təqdim edilmiş olmaqla əvvəlki il üzrə olmalıdır 3. Malgöndərənin (podratçının) son bir ildəki (əgər daha az müddət fəaliyyət göstərirsə, bütün fəaliyyəti dövründəki) maliyyə vəziyyəti barədə bank tərəfindən təqdim edilmiş arayış (26.04.2023-cü il tarixindən sonrakı) 4. Son bir il ərzində (fəaliyyətini dayandırdığı müddət nəzərə alınmadan) vergiödəyicisinin Azərbaycan Respublikasının Vergi Məcəlləsi ilə müəyyən edilmiş vəzifələrinin yerinə yetirilməməsi hallarının mövcud olmaması (26.04.2023-cü il tarixindən sonrakı) 5. Nizamnamə notarial qaydada təsdiq olunmuş surəti (26.04.2023-cü il tarixindən sonrakı) 6. Qeydiyyatdan keçdiyi ölkə notarial qaydada təsdiq olunmuş surəti (26.04.2023-cü il tarixindən sonrakı) 7. Rekvizitlər 8. Satınalma prosedurlarının başlanmasından əvvəlki 5 il ərzində özlərinin, habelə işlərini idarə edənlərin, qulluqçularının peşəkar fəaliyyətləri, yaxud satınalma müqaviləsinin bağlanması üçün ixtisas göstəricilərini yanlış göstərmələri ilə əlaqədar cinayətə görə məhkum olunmaması, yaxud onların müvafiq peşə fəaliyyətləri ilə məşğul olmasının məhkəmə qaydasında qadağan edilməməsi barədə sənəd (26.05.2023-cü il tarixindən sonrakı) 9. İddiaçının mikro, kiçik və orta sahibkarlıq meyarlarına uyğun olması haqqında sənəd 10. Müflis elan olunmaması, əmlakı üzərinə həbs qoyulmaması, ödənişə yönəlmiş girovun olmaması, məhkəmənin qərarı ilə kommersiya fəaliyyəti dayandırılmış şəxs olmaması barədə sənəd (26.04.2023-cü il tarixindən sonrakı) 11. Müvafiq sahibkarlıq fəaliyyəti növünün həyata keçirilməsi və ya müəyyən hərəkətlərin yerinə yetirilməsi üçün müvafiq lisenziyaya və ya icazəyə malik olması notarial qaydada təsdiq olunmuş surəti (26.04.2023-cü il tarixindən sonrakı) 12. Öz əmlakından sərbəst və məhdudiyyətsiz istifadə etmək imkanı, habelə ödəmə qabiliyyəti olması (məktubun əsli və ya notarial qaydada təsdiq olunmuş surəti (26.04.2023-cü il tarixindən sonrakı) 13. Satınalma müqaviləsini bağlamaq səlahiyyəti olması İmza səlahiyyəti olan şəxsin (əgər təsisçi direktor deyilsə) əmri – sürəti 14. İddiaçının işlərin həyata keçirilməsi üçün maliyyə imkanlarının olması audit hesabatı (əgər varsa) 15. Satınalma müqaviləsinin icrasını təmin etmək üçün müvafiq sahədə peşəkarlığının, təcrübəsinin, texniki və maliyyə imkanlarının, işçi qüvvəsinin, idarəetmə səriştəsinin, etibarlığının olması (Son 3 il (01 yanvar 2019 – 31 dekabr 2022) ərzində ümumi məbləği 2 milyon AZN-dən az olmayan, oxşar işi əhatə edən (oxşarlıq layihə və texniki spesifikasiyalarda təsvir edilən fiziki ölçüyə, mürəkkəbliyə, metodlara, texnologiyaya və digər xüsusiyyətlərə əsaslanmalıdır) ən azı iki sifarişi baş podratçı kimi qənaətbəxş şəkildə icra etməsi haqda məlumat və təsdiqedici sənədlər, son üç il (01 yanvar 2019– 31 dekabr 2022) ərzində ən azı 2 milyon AZN dövriyyə tələb olunur) digər tələblər. 16. Malgöndərənin müvafiq sahədə peşəkarlığı və təcrübəsi (Lot üzrə Son 3 müqavilə və işlərin təhvil verilməsi ilə bağlı təhvil-təslim aktı və ya ən sonuncu forma 3) 17. Malgöndərənin texniki imkanları ( icra olunacaq işlər üzrə işlərinin görülməsi üzrə standartlara cavab vere biləcək 1. Özüboşaldan-10 ədəd, 2.Ekskavator-2 ədəd , 3.Yükləyici-1 ədəd , 4.Avtoqreyder-2 ədəd, 5.Yol basan-2 ədəd, 6.Asfalt yayan-2 ədəd 7. Bitumsəpələyici -1 ədəd , 8. Avtobetonqarışdırıcı – 2 ədəd 9. Yol basan -2 ədəd 10. Su maşını -1 ədəd texnikaların olması mütləq şərtdir.Həmçinin təqdim ediləcək texnikaların 20% öz balansında olmalıdır. Texniki pasportlarının surətləri təqdim olunmalıdır; (podratçının) özününkü deyilsə, onların icarəyə götürüləcəyi və ya satın alınacağı haqqında əldə olunmuş razılıq sənədinin (müqavilə və ya niyyət protokolu) nüsxəsi təqdim olunmalıdır. Təqdim olunan sənəddə maşın və mexanizmlərin hazırki sahiblərinin adı, ünvanı və əlaqə yaradıla bilməsi üçün məlumatlar. 18. İşin adına uyğun olan beynəlxalq səviyyəli sertifikartı ( zəruridir) – İşlərin keyfiyyətin idarə olunması ilə bağlı ISO 9001:2015 , Keyfiyyət İdarəetmə-Müştəri Məmnuniyyəti bağlı İSO 10002:2018 19. Asfalt işlərinin görülməsi üçün sahəyə gətiriləcək asfalt , (asfalzavod tikinti aparılacaq sahə ilə 60 km məsafəyədək) yerləşməli və yaxud mobil tipli asfalzavod quraşdırılmalıdır. (Qeyd:Podratçının özününkü deyilsə icarəyə götürəcəyi asfaltzavod və ya mobil tipli asfalt zavodun icarə götürdüyü ilə bağlı icarə müqaviləsi müqaviləsi həmçinin təsdiq edici sənədləri) 20. LOT üzrə minimum işçi sayının on (10) nəfər olması (Yol mühəndis-5 il təcrübə -3 nəfər, iş icraçısı-2 il təcrübə-3 nəfər, Təhlükəsizlik mühəndisi (SƏTƏM) -2 il- 1 nəfər , geodez-topoqraf-3 il təcrübə-1 nəfər ¬, Mühəndis-mexanik- 2 il təcrübə-1 nəfər olması mütləqdir) təqdim edilən işçilərin portaldan bildirişləri,iş təcrübəsi və digər məlumatlar. 21. İddiaçıların son iki il ərzində digər təşkilatlarla iş birliyi haqqında qısa məlumatı arayış növündə tam şəffaf olaraq təqdim edilməlidir (sifarişçi tərəfindən verilmiş təqdimat) 22. Son 3 il ərzində : asfalt örtüklərinin tikintisi 1 000 000 m2, Torpaq layının tikintisi 220 000 m3 ,Qum-çınqıl layının tikintisi – 80 000 m3 çox olması və bununla bağlı podratçı tərəfindən rəsmi blankda arayış 23. İşin icrası üçün müqavilə imzalayacağı subpodratçı barədə məlumatlar (subpodratçı cəlb edəcəyi təqdirdə) 24. Satınalma müqaviləsinin yerinə yetirilməsinin təminatı (Müqavilənin ümumi məbləği 100.000,00 (bir yüz min) ABŞ dollarının manat ekvivalentindən çox olarsa satınalma müqaviləsinin 2%-i miqdarında müqavilənin yerinə yetirilməsi təminatını təqdim edilməlidir və qüvvədə olma müddəti satınalma müqaviləsinin yerinə yetirilməsi müddətindən 30 bank günü çox olmalıdır 25. İddiaçıların son iki il ərzində digər təşkilatlarla iş birliyi haqqında qısa məlumatı arayış növündə tam şəffaf olaraq təqdim edilməlidir (sifarişçi tərəfindən verilmiş təqdimat)
Sənədlər Azərbaycan dilində, 2 nüsxədə (əsli və surəti) tərtib olunmalıdır (xarici dildə olan tender təklifləri Azərbaycan dilinə tərcümə olunmalıdır). Müsabiqə proseduru “Dövlət satınalmaları haqqında” qanuna uyğun keçiriləcəkdir. İddiaçılar müsabiqədə iştirak etmək üçün göstərilən sənədləri (tender təklifi və bank təminatı istisna olmaqla) müəyyən edilən tələblərə uyğun təqdim etməlidirlər. Təklif və bank təminatı möhürlənmiş ikiqat zərfdə təqdim edilməlidir. Göstərilən vaxtdan gec təqdim olunmuş zərflər açılmadan geri qaytarılacaqdır. Təkliflərin açılışı zamanı iddiaçıların səlahiyyətli nümayəndələri iştirak edə bilərlər.