Gəncə Şəhər İcra Hakimiyyəti Gəncə İdman Sarayı üçün avadanlıqların satınalması ilə bağlı təkliflər sorğusu elan edir.
FED.az xəbər verir ki, sorğuda iştirak haqqı 2 000 manatdır.
Satınalan təşkilatın VÖEN-i: 2300571241
Satınalan təşkilatın ünvanı: AZ2000, Gəncə şəhəri, Heydər Əliyev adına meydan, İnzibati bina
Müsabiqənin başlama tarixi və vaxtı: 25.08.2023 17:30
Təkliflərin son təqdim olunma tarixi və vaxtı: 08.09.2023 18:00
Zərflərin açılış tarixi və vaxtı: 11.09.2023 14:00
Hesab nömrəsi: AZ24CTRE00000000000002510631
Bankın adı: Dövlət Xəzinədarlığı Agentliyi
Bankın kodu: 210005
Müxbir hesab: AZ41NABZ01360100000000003944
Bankın VÖEN-i: 1401555071
Swift kodu: CTREAZ22
Ödəniş şərtləri - Köçürmə yolu ilə
Çatdırılma yeri - Gəncə şəhəri, Heydər Əliyev adına meydan, İnzibati bina
Çatdırılma müddəti - 15.12.2023- cü il
Tələb olunan sənədlər
Təşkilati və hüquqi sənədlər:
Azərbaycan Respublikasında vergilərə və digər icbari ödənişlərə aid yerinə yetirilməsi vaxtı keçmiş öhdəliklərin, habelə son bir il ərzində (fəaliyyətini dayandırdığı müddət nəzərə alınmadan) vergi ödəyicisinin Azərbay¬can Respublikasının Vergi Məcəlləsi ilə müəyyən edilmiş vəzifələrinin yerinə yetirilməməsi hallarının mövcud olmaması barədə arayış.
Satınalma müqaviləsini bağlamaq səlahiyyəti olması.
İddiaçının fəaliyyəti haqqında vergi orqanları tərəfindən təsdiq olunmuş maliyyə hesabatının surəti.
Malgöndərənin (podratçının) son bir ildəki (əgər daha az müddət fəaliyyət göstərirsə, bütün fəaliyyəti dövründəki) maliyyə vəziyyəti barədə bank tərəfindən təqdim edilmiş arayış.
Bank hesabının rekvizitləri.
Satınalma prosedurlarının başlanmasından əvvəlki 5 il ərzində özlərinin,habelə işlərini idarə edənlərin,qulluqçularının peşəkar fəaliyyətləri, yaxud satınalma müqaviləsinin bağlanması üçün ixtisas göstəricilərini yanlış göstərmələri ilə əlaqədar cinayətə görə məhkum olunmaması,yaxud onların müvafiq peşə fəaliyyətləri ilə məşğul olmasının məhkəmə qaydasında qadağan edilməməsi.
İddiaçının sa¬hibkarlıq meyarlarına uyğun olması haqqında sənəd.
Müvafiq sahibkarlıq fəaliyyəti növünün həyata keçirilməsi və ya müəyyən hərəkətlərin yerinə yetirilməsi üçün müvafiq lisenziyaya və ya icazəyə malik olmasının notarial qaydada təsdiq olunmuş sənədinin surəti.
Müflis elan olunmaması, əmlakın üzərinə həbs qoyulmaması, ödənişə yönəlmiş girovun olmaması, məhkəmənin qərarı ilə kommersiya fəaliyyəti dayandırılmış şəxs olmaması, öz əmlakından sərbəst və məhdudiyyətsiz istifadə etmək imkanı, habelə ödəmə qabiliyyəti olması barədə məktubun əsli və ya notarial qaydada təsdiq olunmuş surəti.
İddiaçının işlərin həyata keçirilməsi üçün maliyyə imkanlarının olması barədə audit hesabatı
Satınalma müqaviləsinin icrasını təmin etmək üçün müvafiq sahədə peşəkarlığının, təcrübəsinin, texniki və maliyyə imkanlarının, işçi qüvvəsinin, idarəetmə səriştəsinin, etibarlılığının olması haqqında məlumat və təsdiqedici sənədlər.
Malgöndərənin müvafiq sahədə peşəkarlığı və təcrübəsi.
Malgöndərənin texniki imkanları.
İşin icrası üçün müqavilə imzalayacağı subpodratçı müsabiqədə malgöndərənlər üçün bu ƏŞT-da qoyulan tələblərə uyğun gəlməlidir və ixtisas göstərici sənədlərini təqdim etməlidir.
İddiaçıların son iki il ərzində digər təşkilatlarla iş birliyi haqqında qısa məlumat barədə arayış tam şəffaf şəkildə təqdim edilməlidir..
Malgöndərənlərlə (podratçılarla) vasitəçi olmadan əlaqəni təmin edən, onlarla məlumat mübadiləsini aparan satınalan təşkilatın vəzifəli şəxsi (/ləri) - Salahova Məlahət, Mühasibat sektorunun müdiri-baş mühasib
Email: [email protected]
Əlaqə telefonu: +994 55 538 63 38
Sənədlər Azərbaycan dilində, 2 nüsxədə (əsli və surəti) tərtib olunmalıdır (xarici dildə olan tender təklifləri Azərbaycan dilinə tərcümə olunmalıdır). Müsabiqə proseduru “Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikası Qanununa uyğun keçiriləcəkdir. İddiaçılar müsabiqədə iştirak etmək üçün göstərilən sənədləri (tender təklifi və bank təminatı istisna olmaqla) müəyyən edilən tələblərə uyğun təqdim etməlidirlər. Təklif və bank təminatı möhürlənmiş ikiqat zərfdə təqdim edilməlidir. Göstərilən vaxtdan gec təqdim olunmuş zərflər açılmadan geri qaytarılacaqdır. Təkliflərin açılışı zamanı iddiaçıların səlahiyyətli nümayəndələri iştirak edə bilərlər.
İş həcmi ilə tanış olmaq üçün keçiddən istifadə edə bilərsiniz.