Gəncə Şəhər Birləşmiş Xəstəxanası iki tender elan edir.
FED.az xəbər verir ki, tenderlər aşağıdakı predmetlər üzrə keçirilir.
1.Müəssisələrdə cari təmir işləri Z.Məmmədov adına xəstəxana (İştirak haqqı 150 manat)
2.Müəssisələrdə cari təmir işləri Uşaq Xəstəxanası (İştirak haqqı 100 manat)
Satınalan təşkilatın VÖEN-i: 2300213451
Satınalan təşkilatın ünvanı: Gəncə şəhəri Nizami prospekti 412
Müsabiqənin başlama tarixi və vaxtı: 12.09.2023 11:44 (1-ci tenderdə 11:31)
Tələb olunan sənədlərin təqdim edilməsinin son tarixi və vaxtı: 02.10.2023 09:00
Təkliflərin son təqdim olunma tarixi və vaxtı: 10.10.2023 18:00
Zərflərin açılış tarixi və v axtı: 11.10.2023 09:00
Ödəniş şərtləri - Satınalma müqaviləsi üzrə ödəmələr satınalan təşkilat tərəfindən tenderin əsas şərtlər toplusunda və satınalma müqaviləsində müəyyənləşdirilmiş qaydada və məbləğdə, malgöndərənin (podratçının) təqdim etdiyi sənədlər (qaimələr, hesab fakturalar, aktlar və digər sənədlər)əsasında, ən qısa müddət ərzində, lakin 15 bank günündən gec olmamaq şərti ilə aparılır.
Çatdırılma yeri - Gəncə şəhəri
Çatdırılma müddəti - Müqavilə təsdiqləndiqdən sonra 20 iş (bank) günü ərzində
Tələb olunan sənədlər
Təşkilati və hüquqi sənədlər:
Azərbaycan Respublikasında vergilərə və digər icbari ödənişlərə dair yerinə yetirilməsi vaxtı keçmiş öhdəliklərinin, habelə son bir il ərzində (fəaliyyətini dayandırdığı müddət nəzərə alınmadan) vergiödəyicisinin Azərbaycan Respublikasının Vergi Məcəlləsi ilə müəyyən edilmiş vəzifələrinin yerinə yetirilməməsi hallarının mövcud olmaması
Satınalma müqaviləsini bağlamaq səlahiyyəti olması
Öz əmlakından sərbəst və məhdudiyyətsiz istifadə etmək imkanı, habelə ödəmə qabiliyyəti olması, müflis elan olunmaması, əmlakı üzərinə həbs qoyulmaması, ödənişə yönəlmiş girovun olmaması, məhkəmənin qərarı ilə kommersiya fəaliyyəti dayandırılmış şəxs olmaması
Satınalma prosedurlarının başlanmasından əvvəlki 5 il ərzində özlərinin,habelə işlərini idarə edənlərin,qulluqçularının peşəkar fəaliyyətləri,yaxud satınalma müqaviləsinin bağlanması üçün ixtisas göstəricilərini yanlış göstərmələri ilə əlaqədar cinayətə görə məhkum olunmaması,yaxud onların müvafiq peşə fəaliyyətləri ilə məşğul olmasının məhkəmə qaydasında qadağan edilməməsi
Sahibkarlıq subyektinin bölgüsü
Satınalma müqaviləsinin icrasını təmin etmək üçün müvafiq sahədə peşəkarlığının, təcrübəsinin, texniki və maliyyə imkanlarının, işçi qüvvəsinin, idarəetmə səriştəsinin, etibarlığının olması
Müvafiq sahibkarlıq fəaliyyəti növünün həyata keçirilməsi və ya müəyyən hərəkətlərin yerinə yetirilməsi üçün müvafiq lisenziyaya və ya icazəyə malik olması
Fəaliyyəti haqqında vergi orqanları tərəfindən təsdiq olunmuş maliyyə hesabatının surəti
Bank rekvizitləri
Maliyyə vəziyyəti haqqında bank arayışı
Malgöndərənlərlə (podratçılarla) vasitəçi olmadan əlaqəni təmin edən, onlarla məlumat mübadiləsini aparan satınalan təşkilatın vəzifəli şəxsi (/ləri) - Günel Məmmədova, Satınalma mütəxəsisi
Email: [email protected]
Əlaqə telefonu: +994554390841