Kiçik və Orta Biznesin İnkişafı Agentliyi PHŞ elan etdiyi tenderin nəticələrini açıqlayıb.
Dövlət qurumu təmir işləri görəcək şirkət axtarır - 9,4 MİLYONLUQ TENDER
FED.az xəbər verir ki, tender “Gəncə KOB evi”nin tikinti işlərinin davam etdirilməsi üçün elan edilmişdi.
Tenderin qalibi “Aznof” MMC (VÖEN: 1001806271) olub. Şirkətlə 2 528 609 AZN məbləğində müqavilə bağlanıb. Bu müqavilə üzrə satınalma proseduru dövlət satınalmalarının vahid internet portalında keçirilməmişdir (elektron satınalma deyil).
Qeyd edək ki, “Aznof” MMC əvvəllər də müxtəlif dövlət qurumlarının elan etdiyi tenderlərdə qalib olub. Belə ki, 2024-cü il 17 may tarixində Kiçik və Orta Biznesin İnkişafı Agentliyi tərəfindən elan olunmuş tender prosesində şirkət “Gəncə KOB evi”nin tikinti işlərini icra etmək öhdəliyini üzərinə götürüb. Sözügedən tender çərçivəsində 2 000 000 AZN məbləğində müqavilə bağlanıb.
Bundan əlavə, 2020-ci il 22 yanvar tarixində Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti 5 saylı Xaçmaz Ərazi İdarəsi tərəfindən keçirilən tenderdə də “Aznof” MMC qalib elan olunmuşdu. Şirkət Əmlak Xidmətləri Məkanının tikinti işləri ilə bağlı 4 707 901 AZN dəyərində sifariş alıb.
Qeyd edək ki, “Aznof” MMC 2010-cu ildə yaradılıb və nizamnamə kapitalı 50 AZN təşkil edir. Şirkətin qanuni təmsilçisi Sevda Murtuzova İsgəndər qızıdır. Hüquqi ünvanı Bakı şəhəri, Binəqədi rayonu, Azadlıq prospekti, ev 189-da yerləşir. Şirkət riskli vergi ödəyicisi hesab edilmir. Vergi orqanları qarşısında 7 093,18 AZN məbləğində borcu mövcuddur.