Azərbaycan Respublikasının Milli Arxiv İdarəsi “Dövlət Arxivinin Gəncə filialı”nın əsaslı təmiri üçün layihə sənədlərinin hazırlanmasının satınalınması ilə bağlı tender elan edir.
FED.az TENDER xəbər verir ki, tender 1 (bir) lot üzrə keçiriləcək.
LOT-1. “Dövlət Arxivinin Gəncə filialı”nın əsaslı təmiri üçün layihə sənədlərinin hazırlanmasının satınalınması
Tender iştirakçılarına təklif edilir ki, öz tender təkliflərini möhürlənmiş, imzalanmış ikiqat zərflərdə yazılı surətdə təqdim etsinlər.
Müqaviləni yerinə yetirmək üçün tender iştirakçıları lazımi texniki və maliyyə imkanlarına malik olmalıdırlar.
Tenderdə iştirak etmək istəyənlər lot üzrə iştirak haqqını göstərilən hesaba köçürdükdən sonra Azərbaycan dilində tərtib olunmuş əsas şərtlər toplusunu ala bilərlər.
Ünvan: Binəqədi rayonu, Ziya Bunyadov pr. 3
Lot üzrə iştirak haqqı: 100.00 AZN
Əlaqələndirici şəxs: Abdullayev Hikmət
Telefon: 012-562-94-21
İddiaçılar iştirak haqqını aşağıdakı hesaba köçürməlidirlər:
Adı: Azərbaycan Respublikasının Milli Arxiv İdarəsi
Hesab №si: İBAN: AZ66CTRE00000000000002447601
VÖEN: 1000469951
Adı: Dövlət Xəzinədarlığı Agentliyi
Kod: 210005
VÖEN: 1401555071
Müxbir hesab: AZ41NABZ0136010000000003944
SWIFT Bik: CTREAZ22
Səviyyə kodu: 142340
Büdcə kodu: 7
İştirak haqqı heç bir halda geri qaytarılmır.
İddiaçılar tenderdə iştirak etmək üçün aşağıdakı sənədləri təqdim etməlidirlər:
—tenderdə iştirak etmək üçün ərizə;
—tenderdə iştirak haqqının ödənilməsi barədə bank sənədi;
—tender təklifi (zərflərin açıldığı gündən sonra ən azı 30 bank günü qüvvədə olmalıdır);
—tender təklifi qiymətinin 1 faizi həcmində bank təminatı (zərflərin açıldığı gündən ən azı 60 bank günü müddətində qüvvədə olmalıdır);
—Azərbaycan Respublikasında vergilərə və digər icbari ödənişlərə dair yerinə yetirilməsi vaxtı keçmiş öhdəliklərin olmaması haqqında müvafiq vergi orqanından arayış;
—iddiaçının son bir ildəki fəaliyyəti haqqında vergi orqanları tərəfindən təsdiq olunmuş maliyyə hesabatının surəti;
—iddiaçının son iki il ərzində maliyyə vəziyyəti (dövriyyəsi) haqqında bank arayışı;
—iddiaçının tam adı, hüquqi statusu, nizamnaməsi, qeydiyyatdan keçdiyi ölkə və rekvizitləri, mənfəət vergisinin bəyannaməsi;
—iddiaçının müvafiq mallar üzrə mənşə və uyğunluq sertifikatları, tikinti-quraşdırma və xüsusi torpaq işləri ilə bağlı lisenziyasının vacibliyi.
Sənədlər Azərbaycan dilində 2 nüsxədə (əsli və surəti) tərtib olunmalıdır. İddiaçılar tenderdə iştirak etmək üçün yuxarıda göstərilən sənədləri tender təklifi və bank zəmanəti istisna olmaqla 21 may 2019-cu il saat 17:00-dək, iş qrafiki, tender təklifi və bank zəmanətlərini isə möhürlənmiş ikiqat zərfdə 30 may 2019-cu il saat 17:00-a qədər təqdim etməlidirlər.
Göstərilən vaxtdan gec təqdim olunmuş zərflər açılmadan geri qaytarılacaqdır.
Təklif zərfləri 31 may 2019-cu il tarixdə, saat 12:00-da yuxarıda göstərilən ünvanda açılacaqdır.
İddiaçıların səlahiyyətli nümayəndələri iştirak edə bilərlər.
Gəncə filialının təmir işləri üçün - TENDER
12:12
13 Aprel 2019