Gədəbəy Rayon İcra Hakimiyyəti küçələrin işıqlandırılması və su kanalının çəkilməsi işlərinin satın alınması ilə bağlı açıq tender elan edir.
FED.az xəbər verir ki, tenderdə iştirak haqqı 150 manatdır.
Satınalan təşkilatın VÖEN-i: 5900076651
Satınalan təşkilatın ünvanı: Gədəbəy şəhəri, Mir Cəlal Paşayev küçəsi-3
Müsabiqənin başlama tarixi və vaxtı: 08.09.2023 11:00
Tələb olunan sənədlərin təqdim edilməsinin son tarixi və vaxtı: 03.10.2023 12:00
Təkliflərin son təqdim olunma tarixi və vaxtı: 11.10.2023 12:00
Zərflərin açılış tarixi və vaxtı: 12.10.2023 12:00
Ödəniş şərtləri - Satınalma müqaviləsi üzrə ödəmələr (o cümlədən avans ödənişi) satınalan təşkilat tərəfindən tenderin əsas şərtlər toplusunda və satınalma müqaviləsinin xüsusi şərtlərində müəyyənləşdirilmiş qaydada və məbləğdə, malgöndərənin (podratçının) təqdim etdiyi sənədlər (qaimələr, hesab fakturalar, aktlar və digər sənədlər) əsasında, ən qısa müddət ərzində, lakin 15 bank günündən gec olmamaq şərti ilə aparılır
Çatdırılma yeri - Gədəbəy şəhəri, Siemens qardaşları və M.Ə Rəsulzadə küçələri
Çatdırılma müddəti - 20 dekabr 2023
Tələb olunan sənədlər
Təşkilati və hüquqi sənədlər:
Azərbaycan Respublikasında vergilərə və digər icbari ödənişlərə dair yerinə yetirilməsi vaxtı keçmiş öhdəliklərinin, habelə son bir il ərzində (fəaliyyətini dayandırdığı müddət nəzərə alınmadan) vergiödəyicisinin Azərbaycan Respublikasının Vergi Məcəlləsi ilə müəyyən edilmiş vəzifələrinin yerinə yetirilməməsi hallarının mövcud olmaması
Satınalma müqaviləsini bağlamaq səlahiyyəti olması
Öz əmlakından sərbəst və məhdudiyyətsiz istifadə etmək imkanı, habelə ödəmə qabiliyyəti olması, müflis elan olunmaması, əmlakı üzərinə həbs qoyulmaması, ödənişə yönəlmiş girovun olmaması, məhkəmənin qərarı ilə kommersiya fəaliyyəti dayandırılmış şəxs olmaması
Satınalma prosedurlarının başlanmasından əvvəlki 5 il ərzində özlərinin,habelə işlərini idarə edənlərin,qulluqçularının peşəkar fəaliyyətləri,yaxud satınalma müqaviləsinin bağlanması üçün ixtisas göstəricilərini yanlış göstərmələri ilə əlaqədar cinayətə görə məhkum olunmaması,yaxud onların müvafiq peşə fəaliyyətləri ilə məşğul olmasının məhkəmə qaydasında qadağan edilməməsi
Sahibkarlıq subyektinin bölgüsü
Satınalma müqaviləsinin icrasını təmin etmək üçün müvafiq sahədə peşəkarlığının, təcrübəsinin, texniki və maliyyə imkanlarının, işçi qüvvəsinin, idarəetmə səriştəsinin, etibarlığının olması
Müvafiq sahibkarlıq fəaliyyəti növünün həyata keçirilməsi və ya müəyyən hərəkətlərin yerinə yetirilməsi üçün müvafiq lisenziyaya və ya icazəyə malik olması
Malgöndərənin (podratçının) son bir ildəki fəaliyyəti haqqında vergi orqanı tərəfindən təsdiq olunmuş maliyyə hesabatının surəti
Malgöndərənin (podratçının) son bir ildəki maliyyə vəziyyəti haqqında bank arayışı - Malgöndərənlərlə (podratçılarla) vasitəçi olmadan əlaqəni təmin edən, onlarla məlumat mübadiləsini aparan satınalan təşkilatın vəzifəli şəxsi (/ləri), Nizami Piriyev,Sektor müdiri-baş mühasib
Email: [email protected]
Əlaqə telefonu: (022) 326-34-45
№ | Başlıq | Açıqlama | Miqdar | Ölçü vahidi |
---|---|---|---|---|
1 |
Xəndəyin əl ilə qazılması |
Təsvirə uyğun |
18 |
m(3) |
2 |
Xəndəyin əl ilə əks doldurulması |
Təsvirə uyğun |
18 |
m(3) |
3 |
Bir kabelin qorunması üçün büzmələnmiş PVX borularının torpağın altından çəkilməsi |
Diametri 50 mm |
530 |
m |
4 |
Kabelin boruda çəkilməsi |
1,0 kV-luq güc kabeli NYRGY 3x16 (RM) |
530 |
m |
5 |
LED lampalara çəkilən kabel |
1,0 kV-luq güc kabeli NYRGY 2x10 (RM) |
200 |
m |
6 |
Plastmas və rezin izolyasiyalı 1 kV-a qədər gərginlikli 3-5 damarlı kabel üçün sonluqların bağlanılması, bir damarın en kəsiyi, mm2 , qədər: 1,5-35 |
Təsvirə uyğun |
20 |
ədəd |
7 |
Dayaq və sütunlar üçün bərkitmələr olmadan əl ilə qazılması |
dərinliyi 0,7 m |
10 |
m(3) |
8 |
Dirəkaltı beton bünövrələr |
b15 |
10 |
m(3) |
9 |
Polad borudan elektrik dirəklərinin quraşdırılması |
20 əd |
2,7 |
ton |
10 |
Dekorativ işləməli,korreziyaya davamlı xüsusi rəng hopdurulmuş işıq dirəkləri 7 metrlik 2 lampalı D=100/89mm,qalınlığı 4mm.Lampa- led 100W |
Təsvirə uyğun |
20 |
ədəd |
11 |
Kanalın əl ilə qazılması |
0,50x0,80 metr |
80 |
m(3) |
12 |
İnşaat zibilinin əl ilə yüklənməsi və 5 km məsafəyə daşınması |
Təsvirə uyğun |
144 |
ton |
13 |
Kanalın düzəldilməsi |
B25 markalı d/betonla |
25 |
m(3) |
14 |
Armatur |
A-3 sinifli |
3 |
ton |