“Azərsu” ASC “Füzuli şəhərinin xarici su təchizatı, kanalizasiya və yağış suları sistemlərinin yaradılması işlərinin satın alınması” tenderinin nəticələrini elan edib.
Füzulidə dövlət tenderlərini - KİMLƏR UDUR? – SİYAHI, MƏBLƏĞLƏR
FED.az xəbər verir ki, tenderin qalibi “Protean Constructıon” ASC olub.
Şirkətlə 28 590 647 manat məbləğində müqavilə imzalanıb.
Qeyd edək ki, “Protean Constructıon” ASC 2001-ci ildə yaradılıb, nizamnamə kapitalı 160 672 AZN təşkil edir. Şirkətin qanuni təmsilçisi Məhəmməd Təhməzov Ağca oğludur. Hüquqi ünvanı AZ1026, Bakı Şəhəri Xətai rayonu, Kazımağa Kərimov, ev 236 ünvanında yerləşir.