Qarabağ İqtisadi Rayonunda Bərpa, Tikinti və İdarəetmə Xidməti ““Füzuli rayonu, Dövlətyarlı kəndi ərazisində “Ağıllı kənd” layihəsinin 1-ci mərhələsi üzrə qalıq torpaq həcmlərinin şaquli planlaşdırma” işlərinin satın alınması” tenderinin nəticələrini elan edib.
Füzulidə “Ağıllı kənd” layihəsi ilə bağlı 1 milyonluq tenderi – BU ŞİRKƏT UDDU
FED.az xəbər verir ki, tenderin qalibi “RF İnşaat” MMC olub.
Şirkətlə 936 086 manat məbləğində müqavilə imzalanıb.
Bu müqaviləyə əsasən aşağıda qeyd olunmuş cədvəldəki işlərin satın alınması nəzərdə tutulub:
№ |
Başlıq |
Miqdar |
Ölçü vahidi |
1 |
Baş Plan-Şaquli Planlaşdırma |
1 |
ədəd |
2 |
Müvəqqəti binalar və qurğular(yanlız tikinti quraşdırılma işlərinə tətbiq edilir) - 0,6%: |
1 |
ədəd |
3 |
Qış vaxtı tikinti və quraşdırma işlərinin yerinə yetirilməsi (yanlız tikinti quraşdırılma işlərinə tətbiq edilir)-0,32% |
1 |
ədəd |
4 |
Nəzərdə tutulmamış işlər və xərclər üzrə ehtiyyat vəsait ( 1%): |
1 |
ədəd |