Füzuli Suvarma Sistemləri İdarəsi iki tenderin nəticələrini açıqlayıb.
FED.az xəbər verir ki, tenderlərin qalibi müxtəlif şirkətlərdir.Belə ki, "Əhmədallar Haramı beton üzlüklü kanalın (PK06+00: PK16+00) üzərindəki qurğularla birlikdə təmiri işlərinin satın alınması" tenderinin qalibi Bəhramtəpə Melioservis İdarəsi (VÖEN: 5501257061) olub.
Şirkətlə 143 min manat məbləğində müqavilə imzalanıb.
"Aşağı Seyidəhmədli kənd 30/414, Bala Bəhmənli Kəndində 30/427, Böyük Haramı ərazisində 30/428, Horadiz şəhər park ərazisində 30/256, Kürdmahmudlu kəndində 30/7 TD, Mahmudlu-2 kəndində 30/255, Alxanlı-Kollu kəndində 30/051 və Kürdmahmudlu kəndində 30/238 reper nömrəli subartezian quyularının əsaslı təmiri işlərinin satın alınması" tenderinin qalibi "Oskar-Ar" MMC (VÖEN: 5501257061) olub.
Şirkətlə 268 min manatlıq müqavilə imzalanıb.
İki müqavilənin dəyəri 411 min manat təşkil edir.