Fövqəladə Hallar Nazirliyi Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin Tikilməkdə Olan Obyektlərin Birləşmiş Müdiriyyəti Mingəçevir Şəhərində 2 Girişli, 5 Mərtəbəli (+ Texniki Mərtəbə), 40 Mənzilli Yaşayış Binasının tikintisi məqsədilə açıq tender elan edir.
Su İdmanı Sarayı tender - ELAN EDİR
FED.az xəbər verir ki, tender iştirakçılarına təklif edilir ki, www.etender.gov.az öz tender təkliflərini dövlət satınalmalarının vahid internet portalına elektron imzaları vasitəsilə daxil olsunlar və tender haqqında ətraflı məlumatı əldə etsinlər. Müqaviləni yerinə yetirmək üçün tender iştirakçıları lazımi maliyyə və texniki imkanlara malik olmalıdırlar.
Tenderdə iştirak etmək istəyən təşkilatlar Lot üzrə müəyyən edilən məbləğdə iştirak haqqını göstərilən hesaba köçürdükdən sonra müsabiqə üzrə təkliflərini Portal vasitəsilə təqdim edə bilərlər.
İştirak haqqı: 1500 (bir min beş yüz) manat
FÖVQƏLADƏ HALLAR NAZİRLİYİ TİKİNTİDƏ TƏHLÜKƏSİZLİYƏ NƏZARƏT DÖVLƏT AGENTLİYİNİN TİKİLMƏKDƏ OLAN OBYEKTLƏRİN BİRLƏŞMİŞ MÜDİRİYYƏTİ
Hesab: H/h
AZ22CTRE00000000000002658301
VÖEN: 1500495621
Fond:7
İqtisadi təsnifat:142330
Bank: Dövlət Xəzinədarlıq Agentliyi
Kodu: 210005
VÖEN: 1401555071
Müxbir hesab: AZ41NABZ01360100000000003944
S.W.İ.F.T. BİK CTREAZ 22
İddiaçılar tenderdə iştirak etmək üçün aşağıdakı sənədləri təqdim etməlidirlər:
Tender təklifi (tender təklifləri zərflərin açıldığı gündən sonra azı 30 (otuz) bank günü qüvvədə olmalıdır);
Tender təklifinin birinci əlavəsi kimi tender təklifinin ümumi qiymətinin 1 (bir) faizi məbləğində tender təklifinin təminatı - bank zəmanəti (Tender təklifinin qüvvədə olduğu tarixdən azı 30 (otuz) bank günü çox olmalıdır)
Azərbaycan Respublikasında vergilərə və digər icbari ödənişlərə dair yerinə yetirilməsi vaxtı keçmiş öhdəliklərin olmaması haqqında müvafiq vergi orqanlarından arayışlar (elanın verildiyi tarixdən sonra alınmalıdır)
İddiaçının son bir ildəki fəaliyyəti haqqında vergi orqanları tərəfindən təsdiq olunmuş maliyyə hesabatının surəti
İddiaçının son bir ildəki maliyyə vəziyyəti barədə bank arayışı (elanın verildiyi tarixdən sonra alınmalıdır)
İddiaçının tam adı, hüquqi statusu, qeydiyyatdan keçdiyi ölkə və rekvizitləri
Əsas şərtlər toplusunda qeyd olunan müvafiq sənədlər.
Sənədlər Azərbaycan dilində tərtib olunmalıdır (xarici dildə olan tender sənədləri Azərbaycan dilinə tərcümə olunmalıdır;
İddiaçılar Tender ilə bağlı sualları portal vasitəsilə satınalan təşkilata ünvanlaya bilərlər. Tender proseduru “Dövlət Satınalmaları haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun keçiriləcəkdir.
İddiaçılar tenderdə iştirak etmək üçün ixtisas göstəricilərinə dair sənədləri 25 avqust 2021-ci il saat 11:00-a qədər və tender təklifi və bank təminatı sənədlərini 02 sentyabr 2021-ci il saat 18:00-a qədər Portal vasitəsilə təqdim etməlidirlər.
İddiaçıların təklifləri 03 sentyabr 2021-ci il saat 11:00-da açılacaqdır. İddiaçılar açılışın nəticələri ilə Portal vasitəsilə tanış ola bilərlər.
QEYD: Tenderdə iştirak, tenderin qiymətləndirilməsi və digər bütün prosedurlar yalnız elektron qaydada Portal vasitəsilə aparılır.