Fövqəladə Hallar Nazirliyinin Maddi Texniki-Təchizat İdarəsi 3 tenderə yekun vurub.
FED.az xəbər verir ki, “Sənaye üsulu ilə hazırlanmış xüsusi tərkibli qidalar” tenderinin qalibi “Zoopharma” MMC olub.
Qalib şirkətə 101 000 manat ödəniləcək.
“Təhlükə və digər xarakterli bildiriş işləri” tenderinin qalibi “Admedia.Az” MMC olub.
Qalib şirkətə 278 952 manat ödəniləcək.
“Ixtisaslaşdırılmış quraşdırma-istismar bölmələri olmaqla yaşayış və inzibati quruculuq tədbirləri” tenderinin qalibi “Karabakh Group” MMC olub.
Qalib şirkətə 249 662 manat ödəniləcək.