Fövqəladə Hallar Nazirliyi Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin Tikilməkdə Olan Obyektlərin Birləşmiş Müdriyyəti fərdi yaşayış evərinin bərpası, təmiri və tikintisi ilə bağlı 8 tenderə yekun vurub.
FED.az xəbər verir ki, tenderin qalibi olan şirkətlərlə toplamda 1 472 690 manat məbləğində müqavilələr imzalanıb.
Daha detallı satınalma predmeti, qalib şirkətlər vəməbləğlər haqqında məlumat aşağıda təqdim etdiyimiz cədvəldə :
Satınalma predmeti |
Qalib şirkət |
Məbləğ |
Şamaxı rayonu, Çarhan kənd sakini Səftər Dəmir oğlu Dəmirova, Quşçu kənd sakinləri Orucalı Şanavaz oğlu Nifdalıyevə və Ağsu rayonu, Kalva kənd sakini Zeynal Nəcəfqulu oğlu Ələkbərova məxsus fərdi yaşayış evlərində bərpa işləri |
"Proqress İnşaat En" MMC |
133 340 AZN |
2019-cu il fevralın 5-də baş vermiş zəlzələnin nəticələrinin aradan qaldırılması ilə əlaqədar Şamaxı rayonunun Şərədil kəndində 2 ədəd, Şamaxı şəhəri Qədirli küçəsi 63 unvanında 1 ədəd fərdi yaşayış evlərinin bərpası (3 ev) |
"Təməl Tikinti" MMC |
115 357 AZN |
Lerik rayonu Tikəband kəndində 1 ədəd, Vizəzəmin kəndində 1 ədəd və Piran kəndində 1 ədəd bir mərtəbəli 2 otaqlı, Dizdipik kəndində 1 ədəd bir mərtəbəli 3 otaqlı fərdi yaşayış evlərinin tikintisi |
"Amina And S Group" MMC |
250 077 AZN |
Şamaxı rayonu Qaravəlli kəndində İsmayılova Ninaya, Meysəri kəndində Zamanova Elmiraya və İsmayıllı rayonu Ağbulaq kəndində Muradova Leyliyə məxsus 3 otaqlı fərdi yaşayış evinin tikintisi |
"Topxana Layihə İnşaat" MMC |
221 648 AZN |
Şamaxı rayonu ərazisində 3 ədəd fərdi yaşayış evlərinin bərpası |
"Creat Company" MMC |
119 490 AZN |
Abşeron rayonu, Xırdalan şəhəri, 20-ci məhəllədə yerləşən 2 nömrəli 5 mərtəbəli yaşayış binasında bərpa işləri |
"Tərəqqi-Ş" MMC |
197 790 AZN |
Goranboy rayonunun Aşağı Ağcakənd kəndində iki ədəd 2 otaqlı fərdi yaşayış evlərinin tikintisi və 3 ədəd fərdi yaşayış evilərinin təmir işləri |
"Construction Business Group" MMC |
146 639 AZN |
Zığ-1 sürüşmə sahəsi - Yeni Günəşli-Badi Kubə yaşayış massivi arasındakı ərazidə çökmə-sürüşmə sahəsində layihə-axtarış işlərinin görülməsi |
Azərbaycan Respublikasi Fövqəladə Hallar Nazirliyinin "Azərinşaatlayihə" Dövlət Baş Layihə Konstruktor Texnoloji İnstitutu |
288 349 AZN |