Azəralüminium “Fərdi mühafizə vasitələri” üzrə tender elan edir
FED.az xəbər verir ki, tenderdə iştirak haqqı 350 manatdır. Müsabiqə fevral ayının 24-də başlayır.Tələb olunan sənədlər martın 17-dək, təkliflər isə aprelin 3-dək təqdim edilməlidir. Zərflər aprel ayının 4-də açılacaq.
Satınalan təşkilatın VÖEN-i: 1305481501
Satınalan təşkilatın ünvanı: Bakı şəhəri , Yasamal r-nu, İzmir küç. 14, ASK VILLA , AZ1065 .
Çatdırılma yeri: Yevlax şossesi
Çatdırılma müddəti: Satınalma müqaviləsi imzalandıqdan sonra “Malgöndərən” hər birinin cəmi miqdarı müqavilə üzrə ümumi miqdarların ən azı 30 (otuz) faizini təşkil edən 3(üç) partiyaya və ya müqavilə predmetini tam həcmdə əhatə edən 1 (bir) partiyaya olmaqla 60 (altmış) təqvim günü ərzində tam həcmdə təhvil verməlidir. Avans ödənişi ediləcəyi təqdirdə ödəniş edildikdən sonrakı 45 (qırx beş) təqvim günü ərzində 1 (bir) partiyaya, tam həcmdə təhvil verilməlidir
№ |
Başlıq |
Açıqlama |
Miqdar |
Ölçü vahidi |
1 |
Lepestok tipli respirator |
Dairəvi sintetik materiallardan hazırlanır. Adi ağ rəngli tək istifadəlik toz, qaz əleyhinə respiratorlar. Nazik olmayan və əzilməyən. EN 149 FFP1; QOST 12.4.028-76 |
102000 |
ədəd |
2 |
İkiqat beşbarmaq fəhlə əlcək |
Montaj əlcəyi. İkiqat sadə dəri materialdan olmalıdır. EN ISO 407 |
15200 |
cüt |
3 |
Nazik ikiqat beşbarmaq fəhlə əlcək |
Adi fəhlə əlcəyi. Tikinti-quraşdırma, qablaşdırma sahələrində istifadə edilir. EN ISO 388:2016 |
14000 |
cüt |
4 |
Odadavamlı əlcək |
Odadavamlı gön dəri materialdan olmalıdır. Metal ərintisi hissəcikləri dəyə bilən mühitdə istifadə edilir. EN ISO 407 |
8000 |
cüt |
5 |
Təsərrüfat sabunu |
Tərkibi 72 % soda olan 400 qramlıq gigiyenik sabun. QOST 30266-2017 |
16600 |
ədəd |
6 |
Dəbilqə |
200 ədəd göy rəngli, 50 ədəd ağ rəngli dəbilqə. EN 397 |
250 |
ədəd |
7 |
Elektrik, qaz qaynaqçısı üçün maska |
Ultrabənövşəyi şuaların və qaynaq zamanı metal sıçrayışlarının qabağını almaq üçün adi qaynaqçı maskası. EN 175; QOST 12.4.254-2013 |
40 |
ədəd |
8 |
Dielektrik xalça 1000 Voltadək 100 x 100 |
Əməkdaşları 1000 volta qədər gərginlikdən qoruyan, rezin materialdan xalça. QOST 4997 75 |
100 |
ədəd |
9 |
Səs məhdudlaşdırıcı qulaqlıqla təchiz olunmuş dəbilqə |
Səs-küyü 50% məhdudlaşdıra bilən qulaqlıq-dəbilqə ilə birlikdə. EN 352-3:2002 |
40 |
ədəd |
10 |
Mühəndis eynəyi |
300 dərəcə temperaturlu maye sıçrayışlarına davamlı. Şəffaf qoruyucu eynək. Kənarları açıq. EN 170 |
500 |
ədəd |
11 |
Tibbi maska |
Tək istifadəlik 3 qatlı, burun hissəsi içəridən metal bərkidicili, iki qulağa bərkidilən hər birinin uzunluğu minimum 16.5 santimetr uzunluğunda rezinləri olan, tibbi maska. EN 14683:2019 |
30000 |
ədəd |
12 |
Rezin əlcək (boyalı) |
Qələvi mühitinə, yağlara, duzlu mühitə, kimyəvi təsirlərə dözümlü olmalıdır. EN ISO 374 |
500 |
cüt |
13 |
Tibbi əlcək cütü |
Adi 100 ədədlik, yəni 50 cütlük qablaşdırmada olan təkistifadəlik pudralı tibbi əlcək. EN ISO 11193-1:2008 |
10000 |
cüt |
14 |
Qoruyucu sipər (odadavamlı) |
Metal ərintisi hissəcikləri dəyə bilən mühitdə istifadə edilir. Polikarbonat materialdan, sipərin qalınlığı minimum 3 millimetr düzbucaqlı qövs formasında(aşağısı düz), sipərin uzunluğu minimum 25 santimetr, sipər üçün nəzərdə tutulmuş baş geyiminə taxılmış vəziyyətdə, sipər şəffaf olmalıdır. Üstündə "Taivan" yazısı olan, qalın materialdan hazırlanmış. EN ISO /TC 94/SC 6 ; WP96, 82701-00000 |
600 |
ədəd |
15 |
Qara uzun rezin əlcək |
Qələvi və turşu mühitinə uyğun olmalıdır. Dirsəyə qədər olan. EN ISO 374 |
100 |
cüt |
16 |
Əl-üz dəsmalı |
Sadə əl-üz dəsmalı. ASTM D5433 |
10 |
ədəd |
17 |
Dielektrik əlcək cütü1000 V-n yuxarı |
EN İSO 60903. Size 10 |
50 |
cüt |
18 |
Dielektrik qaloş 1000 V-dan yuxarı |
QOST 13385-78. 1000 V-dan yuxarı elektrik gərginliyindən qorunmaq üçün |
20 |
cüt |
19 |
Dielektrik rezin çəkmə cütü |
QOST13385-78. 1000 V-dan yuxarı elektrik gərginliyindən qorunmaq üçün |
20 |
cüt |
20 |
Dəbilqəli kepka |
İçində dəbilqə olan parça kepka. |
250 |
ədəd |