Bakı Şəhər Baş Polis İdarəsi “Fasadların və şüşələrin yuyulması” (dövrü olaraq bir neçə dəfə olmaqla 37463 kv m ərazi) üzrə tender elan edir.
FED.az xəbər verir ki, tenderdə iştirak üçün tələb olunan məbləğ 150 manatdır, müsabiqə oktaybr ayının 28-də başlayır, tələb olunan sənədlər noyabrın 22-dək, tender təklifləri isə noyabrın 30-dək təqdim edilməlidir. Zərflər dekabrın 1-də açılacaq.
Satınalan təşkilatın ünvanı: Baki şəhəri, Y. Səfərov 45