Əsaslı Tikinti və Təchizat açıq tender elan edir.
FED.az xəbər verir ki, elanda Mədəniyyət və yaradıcı sənayelərin sənaye kimi formalaşması və bazar iştirakçılarının fəaliyyətinin dəstəklənməsi istiqamətində “Biznes inkubasiya” proqramlarının təşkili xidmətlərinin satın alınması nəzərdə tutulur.
Müsabiqədə iştirak haqqı 450 manatdır.
Satınalan təşkilatın VÖEN-i: 1703544251
Satınalan təşkilatın ünvanı: AZ1000, Azərbaycan Respublikası, Bakı şəhəri, Üzeyir Hacıbəyli küçəsi, ev 84
Müsabiqənin başlama tarixi və vaxtı: 13.09.2023 16:00
Tələb olunan sənədlərin təqdim edilməsinin son tarixi və vaxtı: 05.10.2023 16:00
Təkliflərin son təqdim olunma tarixi və vaxtı: 13.10.2023 16:00
Zərflərin açılış tarixi və vaxtı: 16.10.2023 16:00
Ödəniş şərtləri - Müqavilə üzrə ödəmə malgöndərənin (podratçının) təqdim etdiyi sənədlər (qaimələr, hesab fakturalar, aktlar və digər sənədlər) əsasında, ən qısa müddət ərzində, lakin 15 bank günündən gec olmamaq şərti ilə aparılacaqdır.
Çatdırılma yeri - Bakı
Çatdırılma müddəti - iliin sonuna qədər
Tələb olunan sənədlər
Təşkilati və hüquqi sənədlər:
Fəaliyyəti haqqında vergi orqanları tərəfindən təsdiq olunmuş maliyyə hesabatının surəti (vergi bəyannaməsi)
Azərbaycan Respublikasında vergilərə və digər icbari ödənişlərə dair yerinə yetirilməsi vaxtı keçmiş öhdəliklərinin, habelə son bir il ərzində (fəaliyyətini dayandırdığı müddət nəzərə alınmadan) vergiödəyicisinin Azərbaycan Respublikasının Vergi Məcəlləsi ilə müəyyən edilmiş vəzifələrinin yerinə yetirilməməsi hallarının mövcud olmaması barədə arayış;
Malgöndərənin (podratçının) son bir ildəki (əgər daha az müddət fəaliyyət göstərirsə, bütün fəaliyyəti dövründəki) maliyyə vəziyyəti barədə bank tərəfindən verilmiş arayış
İddiaçının Nizamnaməsi
Qeydiyyatdan keçdiyi ölkə
İddiaçının mikro, kiçik və orta sahibkarlıq meyarlarına uyğun olması haqqında sənəd
Müflis elan olunmaması, əmlakı üzərinə həbs qoyulmaması, ödənişə yönəlmiş girovun olmaması, məhkəmənin qərarı ilə kommersiya fəaliyyəti dayandırılmış şəxs olmaması barədə sənəd
İddiaçının Rekvizitləri
Satınalma prosedurlarının başlanmasından əvvəlki 5 il ərzində özlərinin, habelə işlərini idarə edənlərin, qulluqçularının peşəkar fəaliyyətləri, yaxud satınalma müqaviləsinin bağlanması üçün ixtisas göstəricilərini yanlış göstərmələri ilə əlaqədar cinayətə görə məhkum olunmaması, yaxud onların müvafiq peşə fəaliyyətləri ilə məşğul olmasının məhkəmə qaydasında qadağan edilməməsi barədə sənəd
Öz əmlakından sərbəst və məhdudiyyətsiz istifadə etmək imkanı, habelə ödəmə qabiliyyəti olması barədə sənəd
Tender təklifini və satınalma müqaviləsini imzalamaq səlahiyyətinə malik olan şəxsin səlahiyyətlərini təsdiq edən sənəd
Tenderdə iştirak etmək üçün ərizə
Tenderdə iştirak haqqının ödənilməsi barədə sənəd
İxtisas göstəriciləri:
Sahə üzrə ən azı 3 il təcrübəsi olan, daha əvvəl müxtəlif inkubasiya proqramları təşkil etmiş, portfoliosunda startaplar olan və onlarla daimi işləyən güclü və təcrübəli komanda. Komanda üzvləri inkubasiya proqramının bütün hissələrində: startapların seçim və müraciət prosesindən onların məzun olma və maliyyə qaldırma prosesinə qədər bütün proseslərdə birbaşa iştirak təcrübəsinə malik olmalıdırlar.
Yerli və xarici mentor şəbəkəsi: İnkubasiyanı təşkil edəcək şirkətin həm yerli həm də xarici mentor şəbəkəsi olmalıdır. Mentorlar birbaşa öz sahələri üzrə fəaliyyət göstərdikləri ölkələrdə kifayət qədər tanınmış mütəxəssis olmalı və onların daha əvvəllər startaplarla işləmə təcrübəsi olmalıdır. Nəzərdə tutulmuş hər bir mövzuya aid 2 mentor üçün mentorluq saatları 65 saat ərzində hər həftə 5 saat müəyyən edilir.
İnkubasiyanı təşkil edəcək şirkətin yerli və xarici mələk investorlar, vençur kapitalistlər və digər maliyyə mənbələri ilə əlaqələri olmalıdır. Bununla yanaşı əvvəlki təcrübələrində portfolio startaplarının inkubasiya proqramından məzun olduqdan sonra maliyyə cəlb etmələri ilə bağlı sənədlər sübut kimi təqdim olunmalıdır.
Müraciətçi şirkətin daha əvvəl proqramlaşdırma və onun tədrisi ilə məşğul olan mütəxəssislərlə işləmə təcrübəsi olmalı, Cultech və Gametech sahəsində daha əvvəl müxtəlif kurslar təşkil etməlidir.
Daha əvvəl hakaton təşkil etmiş, hakaton tədbirlərinin planlaşdırılması və logistika sahəsində təcrübəsi olan şəxslərdən ibarət təşkilatçı komanda olmalıdır. Komanda üzvləri hakatonun bütün hissələrində: hakaton üçün müraciət prosesindən hazırlanmış məhsulların təqdimatına qədər bütün proseslərdə birbaşa iştirak təcrübəsinə malik olmalıdırlar.
Hakatonu təşkil edəcək şirkətin mentorlar şəbəkəsi olmalıdır. Mentorlar birbaşa öz sahələri üzrə fəaliyyət göstərdikləri ölkələrdə kifayət qədər tanınmış mütəxəssis olmalı və onların daha əvvəllər hakatonda mentorluq təcrübəsi olmalıdır.
Müraciətçi şirkətin daha əvvəl müxtəlif startap təlimlərinin və seminarlarının təşkili sahəsində təşkilatçılıq təcrübəsi olmalı, Cultech və Gametech sahəsində daha əvvəl müxtəlif seminarlar təşkil etməlidir.
Musiqi sənayesi sahəsində minimum 3 il təcrübəsi olan, portfoliosunda mühim beynəlxalq musiqi müsabiqələrində təcrübəsi olan komanda. Komanda üzvləri Pre-İnkubasiya proqramının bütün hissələrində: musiqi yunitlərin seçimi və müraciət prosesindən onların məzun olma və maliyyə qaldırma prosesinə qədər bütün proseslərdə birbaşa iştirak təcrübəsinə malik olmalıdırlar.
Pre-İnkubasiya proqramını təşkil edəcək şirkətin həm yerli, həm də xarici mütəxəssislər şəbəkəsi olmalıdır. Mütəxəsisslər birbaşa öz sahələri üzrə fəaliyyət göstərdikləri ölkələrdə tanınmış və uğurlu olmalı, onların daha əvvəllər peşəkar musiqi sənayəsində işləmə təcrübəsi olmalıdır. Yuxarıda qeyd olunan hər istiqamət üzrə ən azı 2 xarici mütəxəssis (yüksək peşəkarlıq səviyyəsində) və 1 yerli mütəxəssis təşkil olunmuş master-klasslarda iştirak etməlidir.
Malgöndərənlərlə (podratçılarla) vasitəçi olmadan əlaqəni təmin edən, onlarla məlumat mübadiləsini aparan satınalan təşkilatın vəzifəli şəxsi (/ləri) - Hamil İsmayılov, Satınalmaların təşkili və idarə olunması şöbəsi - baş mütəxəssis
Email: [email protected]
Əlaqə telefonu: (012)5650147 (392)
№ | Başlıq | Açıqlama | Miqdar | Ölçü vahidi |
---|---|---|---|---|
1 |
Mədəniyyət və yaradıcı sənayelərin (MYS) “Cultech” - mədəniyyət sahəsində startaplar klasteri üzrə inkubasiya proqramı çərçivəsində tədbirlərin təşkili |
1.İnkubasiya proqramının təşkili -5 startap inkubasiya xidmətlərindən yararlanmalıdır, 50 nəfərlik iş sahəsi (50 ofis stolu və 50 stul) və 3 ədəd 10 nəfərlik iclas otağı və sürətli interneti (100 Mbit/s), ümumi sahəsi 150 kv.m olan ofisdən ibarət 1 məkan təşkil olunmalıdır. - 1 ədəd 2.Təhsil proqramının təşkili - 65 saat ərzində uzunmüddətli 2 kurs keçirilməlidir, ümumi 20 nəfər iştirak etməlidir, 40 kv.m sahəsi olan 1 məşğələ otağı təşkil olunmalıdır - 20 nəfər 3.Hakatonların keçirilməsi - Hər hakatonda 40-50 nəfər iştirak etməlidir, 50 nəfərlik iş sahəsi (50 ofis stolu və 50 stul), istirahət zonası (50 ədəd yumşaq döşəkçə), yeməkxana (50 nəfərlik) və bufet zonası (çay-kofe fasiləsi üçün), sürətli interneti (100 Mbit/s), ümumi sahəsi 150 kv.m olan ofisdən ibarət 1 məkan, iştirakçılar üçün 48 saat ərzində 6 dəfə qidalanma və 4 dəfə çay-kofe fasiləsi təşkil olunmalıdır. - 2 ədəd 4.Polşa, Fransa və Avstriyaya xarici işgüzar səfərlərin təşkili - 3 işgüzar səfərin (viza, sığorta, yol xərcləri (təyyarə), qidalanma (gündə 3 dəfə), yaşayış xərcləri (4* oteldə təknəfərlik otaqda yerləşdirilmə) təşkil olunmalıdır, səfərlərdə ümumi 20 nəfər iştirak etməlidir - 20 nəfər 5.Seminarlar və təlimlər - 2 seminar və 2 təlim keçirilməlidir, hər bir seminar və təlimlərdə 30 nəfər iştirak etməlidir, 30 nəfərlik iş sahəsi (30 ofis stolu və 30 stul), sürətli interneti (100 Mbit/s), ümumi sahəsi 70 kv.m olan 1 məşğələ zalı təşkil olunmalıdır - 4 ədəd |
1 |
ədəd |
2 |
Mədəniyyət və yaradıcı sənayelərin (MYS) “GameTech”- oyun texnologiyaları klasteri üzrə inkubasiya proqramı çərçivəsində tədbirlərin təşkili |
1.İnkubasiya proqramının təşkili -5 startap inkubasiya xidmətlərindən yararlanmalıdır, 50 nəfərlik iş sahəsi (50 ofis stolu və 50 stul) və 3 ədəd 10 nəfərlik iclas otağı və sürətli interneti (100 Mbit/s), ümumi sahəsi 150 kv.m olan ofisdən ibarət 1 məkan təşkil olunmalıdır. - 1 ədəd 2.Təhsil proqramının təşkili - 65 saat ərzində uzunmüddətli 2 kurs keçirilməlidir, ümumi 20 nəfər iştirak etməlidir, 40 kv.m sahəsi olan 1 məşğələ otağı təşkil olunmalıdır - 20 nəfər 3.Hakatonların keçirilməsi - Hər hakatonda 40-50 nəfər iştirak etməlidir, 50 nəfərlik iş sahəsi (50 ofis stolu və 50 stul), istirahət zonası (50 ədəd yumşaq döşəkçə), yeməkxana (50 nəfərlik) və bufet zonası (çay-kofe fasiləsi üçün), sürətli interneti (100 Mbit/s), ümumi sahəsi 150 kv.m olan ofisdən ibarət 1 məkan, iştirakçılar üçün 48 saat ərzində 6 dəfə qidalanma və 4 dəfə çay-kofe fasiləsi təşkil olunmalıdır. - 2 ədəd 4.Polşa, Fransa və Avstriyaya xarici işgüzar səfərlərin təşkili - 3 işgüzar səfərin (viza, sığorta, yol xərcləri (təyyarə), qidalanma (gündə 3 dəfə), yaşayış xərcləri (4* oteldə təknəfərlik otaqda yerləşdirilmə) təşkil olunmalıdır, səfərlərdə ümumi 20 nəfər iştirak etməlidir - 20 nəfər 5.Seminarlar və təlimlər - 2 seminar və 2 təlim keçirilməlidir, hər bir seminar və təlimlərdə 30 nəfər iştirak etməlidir, 30 nəfərlik iş sahəsi (30 ofis stolu və 30 stul), sürətli interneti (100 Mbit/s), ümumi sahəsi 70 kv.m olan 1 məşğələ zalı təşkil olunmalıdır - 4 ədəd |
1 |
ədəd |
3 |
Mədəniyyət və yaradıcı sənayelərin (MYS) Musiqi klasteri üzrə pre-inkubasiya proqramı çərçivəsində tədbirlərin təşkili |
1.Pre-İnkubasiya proqramının təşkili - 5 startap inkubasiya xidmətlərindən yararlanmalıdır, 1 ədəd səsyazma studiyası, 3 ədəd iclas otağı və sürətli interneti (100 Mbit/s), ümumi sahəsi 150 kv.m olan ofisdən ibarət 1 məkan təşkil olunmalıdır. - 1 ədəd 2.Tədris və hazırlıq proqramının təşkili - 5 nəfər 65 saat ərzində aşağıdakı istiqamətlər üzrə dərs və məşqlər keçəcək: - 1 ədəd - vokal - xoreoqrafiya - aktyor sənəti - səhnə mədəniyyəti - media treninqlər - idman 3.Xarici mütəxəssislərin səfərlərinin təşkili - 12 nəfər xarici mütəxəssis dəvət olunmalıdır; Səfər çərçivəsində viza, sığorta, yol (təyyarə), yaşayış (5* oteldə təknəfərlik otaqda yerləşdirilmə), qidalanma (gündə 3 dəfə) ilə bağlı tələbatlar ödənilməlidir - 12 ədəd 4. Seminarlar və təlimlər - 6 seminar və 12 təlim proqramı təşkil ediləcək - 18 ədəd |
1 |
ədəd |