Əsaslı Tikinti və Təchizat təkliflər sorğusu elan edir.
FED.az xəbər verir ki, elanda Mədəniyyət Nazirliyi tərəfindən Aşıq Ələsgərin abidəsinin ucaldılması işlərinin satın alınması nəzərdə tutulur.
Sorğuda iştirak haqqı 0 manatdır.
Satınalan təşkilatın VÖEN-i: 1703544251
Satınalan təşkilatın ünvanı: AZ1000, Azərbaycan Respublikası, Bakı şəhəri, Üzeyir Hacıbəyli küçəsi, ev 84
Müsabiqənin başlama tarixi və vaxtı: 29.09.2023 19:30
Təkliflərin son təqdim olunma tarixi və vaxtı: 16.10.2023 17:00
Zərflərin açılış tarixi və vaxtı: 17.10.2023 17:00
Ödəniş şərtləri - Müqavilə üzrə ödəmə malgöndərənin (podratçının) təqdim etdiyi sənədlər (qaimələr, hesab fakturalar, aktlar və digər sənədlər) əsasında, ən qısa müddət ərzində, lakin 15 bank günündən gec olmamaq şərti ilə aparılacaqdır.
Çatdırılma yeri - Bakı
Çatdırılma şərtləri - DDP
Çatdırılma müddəti - ilin sonuna qədər
Tələb olunan sənədlər
Təşkilati və hüquqi sənədlər:
Azərbaycan Respublikasında vergilərə və digər icbari ödənişlərə dair yerinə yetirilməsi vaxtı keçmiş öhdəliklərinin, habelə son bir il ərzində (fəaliyyətini dayandırdığı müddət nəzərə alınmadan) vergiödəyicisinin Azərbaycan Respublikasının Vergi Məcəlləsi ilə müəyyən edilmiş vəzifələrinin yerinə yetirilməməsi hallarının mövcud olmaması
Fəaliyyəti haqqında vergi orqanları tərəfindən təsdiq olunmuş maliyyə hesabatının surəti (vergi bəyannaməsi)
Malgöndərənin (podratçının) son bir ildəki (əgər daha az müddət fəaliyyət göstərirsə, bütün fəaliyyəti dövründəki) maliyyə vəziyyəti barədə bank tərəfindən verilmiş arayış
İddiaçının Nizamnaməsi
Qeydiyyatdan keçdiyi ölkə
İddiaçının Rekvizitləri
İddiaçının mikro, kiçik və orta sahibkarlıq meyarlarına uyğun olması haqqında sənəd
Müflis elan olunmaması, əmlakı üzərinə həbs qoyulmaması, ödənişə yönəlmiş girovun olmaması, məhkəmənin qərarı ilə kommersiya fəaliyyəti dayandırılmış şəxs olmaması barədə sənəd
Satınalma prosedurlarının başlanmasından əvvəlki 5 il ərzində özlərinin, habelə işlərini idarə edənlərin, qulluqçularının peşəkar fəaliyyətləri, yaxud satınalma müqaviləsinin bağlanması üçün ixtisas göstəricilərini yanlış göstərmələri ilə əlaqədar cinayətə görə məhkum olunmaması, yaxud onların müvafiq peşə fəaliyyətləri ilə məşğul olmasının məhkəmə qaydasında qadağan edilməməsi barədə sənəd
Öz əmlakından sərbəst və məhdudiyyətsiz istifadə etmək imkanı, habelə ödəmə qabiliyyəti olması barədə sənəd
Tender təklifini və satınalma müqaviləsini imzalamaq səlahiyyətinə malik olan şəxsin səlahiyyətlərini təsdiq edən sənəd
Tenderdə iştirak etmək üçün ərizə
Malgöndərənlərlə (podratçılarla) vasitəçi olmadan əlaqəni təmin edən, onlarla məlumat mübadiləsini aparan satınalan təşkilatın vəzifəli şəxsi (/ləri) - Hamil İsmayılov, Satınalmaların təşkili və idarə olunması şöbəsi - baş mütəxəssis
Email: [email protected]
Əlaqə telefonu: (012)5650147 (392)
Sənədlər Azərbaycan dilində, 2 nüsxədə (əsli və surəti) tərtib olunmalıdır (xarici dildə olan tender təklifləri Azərbaycan dilinə tərcümə olunmalıdır). Müsabiqə proseduru “Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikası Qanununa uyğun keçiriləcəkdir. İddiaçılar müsabiqədə iştirak etmək üçün göstərilən sənədləri (tender təklifi və bank təminatı istisna olmaqla) müəyyən edilən tələblərə uyğun təqdim etməlidirlər. Təklif və bank təminatı möhürlənmiş ikiqat zərfdə təqdim edilməlidir. Göstərilən vaxtdan gec təqdim olunmuş zərflər açılmadan geri qaytarılacaqdır. Təkliflərin açılışı zamanı iddiaçıların səlahiyyətli nümayəndələri iştirak edə bilərlər.
№ | Başlıq | Açıqlama | Miqdar | Ölçü vahidi |
---|---|---|---|---|
1 |
Abidənin ucaldılacağı sahənin memarlıq planlaşdırma layihəsinin hazırlanması |
Ayrılmış sahənin vizual yoxlanılması və topoqraiyasının çəkilməsi Geologiya Baş planın eskizinin hazırlanması (3 variant) Baş planın memarlıq planlaşdırma layihəsi Abidənin memarlıq hissəsinin işçi layihəsinin hazırlanması |
1 |
ədəd |
2 |
Abidənin gips qəlibləmə işlərinin görülməsi |
İstifadə olunan materiallar - Gips, Pinka, Boya, Həlledici, Fırça, Steorin, Yanmış məftil, Modelin politrola köçürülməsi (ölçüsü 150x70x50) |
1 |
ədəd |
3 |
Abidənin bürüncdən hazırlanması (1,5 natura və 1 metr qaya) |
İstifadə olunan materiallar - Bürünc, Mum, Gips, Şamot, Şüşə, əliaf, Arqon qazı, Qaynaq teli (bürünc), Tor (25x25), Silikon, Maye qaz |
1 |
ədəd |
4 |
Abidənin qoyulması və tikinti işləri |
Nəqliyyat xərci-daşınması, Montaj, Layihəyə uyğun alt hissəsinin hazırlanması-mərmər |
1 |
ədəd |