“Əsaslı Tikinti və Təchizat” MMC açıq tender elan edir.
FED.az xəbər verir ki, elanda nazirliyin aparatı üçün “e-Culture” strategiyası çərçivəsində “Mədəniyyət və mədəni irs obyektləri üzrə Coğrafi İnformasiya Sisteminin” (“Geographic Information System”) layihələndirilməsi, formalaşdırılması, inteqrasiya imkanlarının yaradılması üzrə xidmətlərinin satın alınması nəzərdə tutulur.
Müsabiqədə iştirak haqqı 600 manat təşkil edir .
Satınalan təşkilatın VÖEN-i : 1703544251
Satınalan təşkilatın ünvanı : AZ1000, Azərbaycan Respublikası, Bakı şəhəri, Üzeyir Hacıbəyli küçəsi, ev 84
Müsabiqənin başlama tarixi və vaxtı: 09.10.2023 16:00
Tələb olunan sənədlərin təqdim edilməsinin son tarixi və vaxtı: 03.11.2023 16:00
Təkliflərin son təqdim olunma tarixi və vaxtı: 15.11.2023 16:00
Zərflərin açılış tarixi və vaxtı: 16.11.2023 16:00
Ödəniş şərtləri : Müqavilə üzrə ödəmə malgöndərənin (podratçının) təqdim etdiyi sənədlər (qaimələr, hesab fakturalar, aktlar və digər sənədlər) əsasında, ən qısa müddət ərzində, lakin 15 bank günündən gec olmamaq şərti ilə aparılacaqdır.
Çatdırılma yeri : Bakı şəhəri
Çatdırılma müddəti : ilin sonuna qədər
Çatdırılma şərtləri : DDP
Tələb olunan sənədlər :
Azərbaycan Respublikasında vergilərə və digər icbari ödənişlərə dair yerinə yetirilməsi vaxtı keçmiş öhdəliklərinin, habelə son bir il ərzində (fəaliyyətini dayandırdığı müddət nəzərə alınmadan) vergiödəyicisinin Azərbaycan Respublikasının Vergi Məcəlləsi ilə müəyyən edilmiş vəzifələrinin yerinə yetirilməməsi hallarının mövcud olmaması
Fəaliyyəti haqqında vergi orqanları tərəfindən təsdiq olunmuş maliyyə hesabatının surəti (vergi bəyannaməsi)
Malgöndərənin (podratçının) son bir ildəki (əgər daha az müddət fəaliyyət göstərirsə, bütün fəaliyyəti dövründəki) maliyyə vəziyyəti barədə bank tərəfindən verilmiş arayış
İddiaçının Nizamnaməsi
Qeydiyyatdan keçdiyi ölkə
İddiaçının mikro, kiçik və orta sahibkarlıq meyarlarına uyğun olması haqqında sənəd
Müflis elan olunmaması, əmlakı üzərinə həbs qoyulmaması, ödənişə yönəlmiş girovun olmaması, məhkəmənin qərarı ilə kommersiya fəaliyyəti dayandırılmış şəxs olmaması barədə sənəd
Satınalma prosedurlarının başlanmasından əvvəlki 5 il ərzində özlərinin, habelə işlərini idarə edənlərin, qulluqçularının peşəkar fəaliyyətləri, yaxud satınalma müqaviləsinin bağlanması üçün ixtisas göstəricilərini yanlış göstərmələri ilə əlaqədar cinayətə görə məhkum olunmaması, yaxud onların müvafiq peşə fəaliyyətləri ilə məşğul olmasının məhkəmə qaydasında qadağan edilməməsi barədə sənəd
Öz əmlakından sərbəst və məhdudiyyətsiz istifadə etmək imkanı, habelə ödəmə qabiliyyəti olması barədə sənəd
Tender təklifini və satınalma müqaviləsini imzalamaq səlahiyyətinə malik olan şəxsin səlahiyyətlərini təsdiq edən sənəd
Tenderdə iştirak etmək üçün ərizə
Tenderdə iştirak haqqının ödənilməsi barədə sənəd
İxtisas göstəriciləri:
Satınalan təşkilat tərəfindən meyar müəyyən edilməyib
Malgöndərənlərlə (podratçılarla) vasitəçi olmadan əlaqəni təmin edən, onlarla məlumat mübadiləsini aparan satınalan təşkilatın vəzifəli şəxsi (/ləri) – Zaur Əzizov ,mütəxəssis
Email: [email protected]
Əlaqə telefonu: (012)5650147 (392)
№ |
Başlıq |
Açıqlama |
Miqdar |
Ölçü vahidi |
1 |
İnformasiya sisteminin dizaynının hazırlanması xidməti |
Mədəniyyət sahəsinin xüsusiyyətləri və beynəlxalq təcrübə araşdırılmaqla Mədəniyyət və mədəni irs obyektləri üzrə Coğrafi İnformasiya Sisteminin (GİS) dizaynına dair üç (3) nümunənin hazırlanması, seçilmiş nümünə üzrə təkliflər nəzərə alınmaqla yekun dizayn variantının hazırlanması |
1 |
ədəd |
2 |
İnformasiya sisteminin strukturunun hazırlanması xidməti |
Yerli və beynəlxalq təcrübə əsasında Mədəniyyət və mədəni irs obyektləri üzrə Coğrafi İnformasiya Sisteminin (GİS) dizaynına dair üç (3) nümunənin hazırlanması, seçilmiş nümünə üzrə təkliflər nəzərə alınmaqla yekun dizayn variantının hazırlanması |
1 |
ədəd |
3 |
Funksionallıq xidməti |
Müasir trendlər, habelə yerli və beynəlxalq təcrübə araşdırılmaqla Mədəniyyət və mədəni irs obyektləri üzrə Coğrafi İnformasiya Sisteminin (GIS) funksionallıq siyasətinə dair iki nümunənin hazırlanması, seçilmiş nümunə üzrə təkliflər nəzərə alınmaqla yekun variantın hazırlanması |
1 |
ədəd |
4 |
Proqramlaşdırma (kodlaşdırma) |
Müasir texnoloji yeniliklər və təhlükəsizlik standartları, eləcə də təsdiqlənmiş dizayn, struktur, funksionallıq və s. əsasında Mədəniyyət və mədəni irs obyektləri üzrə Coğrafi İnformasiya Sisteminin (GIS) proqramlaşdırıması |
1 |
ədəd |
5 |
İdarəetmə sisteminin (İdarəetmə panelinin/Admin panel) formalaşdırılması xidməti |
İnformasiya sisteminin strukturu, funksionallığı nəzərə alınmaqla, eləcə də müvafiq sahədə yerli və beynəlxalq təcrübə araşdırılmaqla məzmun idarəetmə sisteminə dair iki ədət nümunənin hazırlanması, seçilmiş nümunə üzrə təkliflər nəzərə alınmaqla yekun variantın hazırlanması |
1 |
ədəd |
6 |
Mobil versiya xidməti |
İnformasiya sisteminin strukturu, funksionallığı nəzərə alınmaqla, eləcə də müvafiq sahədə yerli və beynəlxalq təcrübə araşdırılmaqla mobil versiyasının hazırlanması |
1 |
ədəd |
7 |
Uyğunlaşdırma xidməti |
İnformasiya sisteminin müxtəlif əməliyyat sistemlərində, tətbiqi proqram təminatlarında (“Browser”), eləcə də mobil versiyasında tam və funksional fəaliyyətinin təmin edilməsi məqsədilə uyğunlaşdırmanın aparılması |
1 |
ədəd |
8 |
Audit xidməti |
İnformasiya sisteminin kibertəhlükəsizlik, kod və funksionallıq auditinin aparılması, audit nəticələrinin təhlil edilməsi və boşluqların aradan qaldırılmasının təmin edilməsi |
1 |
ədəd |
9 |
İnteqrasiya xidməti |
İnformasiya sisteminin mövcud lokal və qlobal resurslarla təhlükəsiz inteqrasiya imkanlarının təmin edilməsi |
1 |
ədəd |
10 |
Dəstək xidməti |
İnformasiya sisteminin dayanıqlı fəaliyyətinin təmin edilməsi və gələcəkdə kod səviyyəsində zəruri yenilənmələrin həyata keçirilməsi |
1 |
ədəd |
11 |
Proqramlaşdırma (kodlaşdırma) |
Mədəniyyət və mədəni irs obyektlərinin Lidar texnologiyası istifadə olunmaqla dron vasitəsilə çəkilişi,məlumatların toplanması və inteqrasiyası |
200 |
ədəd |