Ərazi Tikinti-Planlaşdırma Mərkəzi "Ermənistan Respublikası silahlı qüvvələrinin Azərbaycan Respublikası ərazisinə təcavüzü nəticəsində dağıdılmış, qəzalı vəziyyətə düşmüş, təmir və bərpaya ehtiyacı olan fərdi yaşayış evləri üzrə tikinti layihələrinin hazırlanması və tikinti müddətində müəllif nəzarətinin aparılması işləri” tenderinin nəticələrini açıqlayıb.
FED.az xəbər verir ki, tenderin qalibi "“Azərdövlətlayihə” Dövlət Baş Layihə İnstitutu" olub. Şirkətlə 192 min 472 manat məbləğində müqavilə imzlanıb.
Qeyd edək ki, şirkət bundan əvvəl də qurumun 183 min 394 manat dəyərindəki “Ermənistan Respublikası silahlı qüvvələrinin Azərbaycan Respublikası ərazisinə təcavüzü nəticəsində dağıdılmış, qəzalı vəziyyətə düşmüş, təmir və bərpaya ehtiyacı olan fərdi yaşayış evlərində aparılacaq bərpa- gücləndirmə layihələrinin hazırlanması və bərpa-gücləndirmə müddətində müəllif nəzarətinin aparılması işlərinin satınalınması” (19.09.2022) tenderini qazanıb.