Ərazi Tikinti-Planlaşdırma Mərkəzi “Ermənistan Respublikası silahlı qüvvələrinin Azərbaycan Respublikası ərazisinə təcavüzü nəticəsində Tərtər rayonunda dağıdılmış, qəzalı vəziyyətə düşmüş, təmir və bərpaya ehtiyacı olan fərdi yaşayış evləri və qeyri-yaşayış obyektlərinin tikintisi, təmiri və bərpası işlərinin satınalınması” tenderinə yekun vurub .
FED.az xəbər verir ki, qalib «Real-İnşaat MMC» MMC (VÖEN: 3400157541) olub. Tenderin məbləği 1 499 898 min manatdır
Qeyd edək ki, şirkətlə bundan əvvəl qurumun 1 298 000 manat məbləğində “Ermənistan Respublikası silahlı qüvvələrinin Azərbaycan Respublikası ərazisinə təcavüzü nəticəsində Tərtər rayonunda dağıdılmış, qəzalı vəziyyətə düşmüş, təmir və bərpaya ehtiyacı olan fərdi yaşayış evləri və qeyri-yaşayış obyektlərinin tikintisi, təmiri və bərpası işlərinin satınalınması” tenderi üzrə müqavilə imzalanıb. (30.08.2022)
Qeyd edək ki, "Real İnşaat" MMC 13.06.2005-ci ildə dövlət qeydiyyatına alınıb. Şirkətin nizamnamə kapitalı 20 manatdır.. Qanuni təmsilçisi Nizami Allahverdiyev Nüsrət oğludur. Hüquqi ünvanı isə Az033 Ağdam rayonu Quzanlı qəsəbəsində yerləşir.