Azərbaycanın energetika sektorunda ciddi islahatlara başlanılacaq. FED.az xəbər verir ki, islahatlar sektorda bazar münasibətlərinin və bazar subyektlərinin yaranmasına xidmət edəck.
Azərbaycan Respublikasının Energetika Nazirliyi bununla bağlı tender elan edib
AÇIQ TENDER ELAN EDİR
Tender 1 lot üzrə keçirilir. Energetika sektorunda bazar münasibətlərinin və bazar subyektlərinin formalaşdırılmasına yönəldilmiş hərtərəfli islahatların aparılmasına dair qanunvericilik bazasının hazırlanması işlərinin satınalınması.
Tender iştirakçılarına təklif olunur ki, öz tender təkliflərini möhürlənmiş, imzalanmış şəkildə ikiqat zərflərdə yazılı surətdə təqdim etsinlər. Müqaviləni yerinə yetirmək üçün tender iştirakçıları lazımi maliyyə və texniki imkanlara malik olmalıdırlar.
Tenderdə iştirak etmək istəyənlər aşağıdakı məbləğdə iştirak haqqını göstərilən hesaba köçürdükdən sonra Azərbaycan dilində tərtib olunmuş əsas şərtlər toplusunu Heydər Əliyev prospekti 152 nömrəli ünvanda “Çinar Plaza” İş Mərkəzinə məxsus binanın 12-ci mərtəbəsində yerləşən ofisindən əldə edə bilərlər.
Əlaqələndirici şəxs – Gülnarə Nuriyeva (telefon 598 16 53/54 – daxili 1130, mob: +994504502085)
İştirak haqqı 1100,00 manatdır.
İştirak haqqı heç bir halda geri qaytarılmır.
Bank rekvizitləri:
Dövlət Xəzinədarlıq Agentliyi Kod: 210005,
VÖEN:1401555071
M/h: AZ41NABZ01360100000000003944
SWİFT :CTREAZ22
Energetika Nazirliyi VÖEN:1300087531
Hh: AZ44CTRE00000000000002218301
Təyinatı mütləq yazılmalıdır!
Təyinatı: Tenderdə iştirak haqqı Energetika Nazirliyi XHK 2218301
Büdcə səviyyəsinin kodu: 7
İqtisadi təsnifat: 142340
İddiaçılar tenderdə iştirak etmək üçün aşağıdakı sənədləri təqdim etməlidirlər:
-tenderdə iştirak etmək üçün yazılı müraciət;
-tenderdə iştirak haqqının ödənilməsi barədə bank sənədi;
-tender təklifi (zərflərin açıldığı tarixdən sonra ən azı 30 bank günü qüvvədə olmalıdır);
-tender təklifi dəyərinin 5%-i həcmində bank təminatı (zərflərin açıldığı tarixdən sonra ən azı 60 bank günü qüvvədə olmalıdır);
-Azərbaycan Respublikasında vergilərə və digər icbari ödənişlərə dair yerinə yetirilməsi vaxtı keçmiş öhdəliklərin olmaması haqqında müvafiq orqanlardan arayış;
-iddiaçının son bir ildəki maliyyə vəziyyəti haqqında bank arayışı;
-iddiaçının tam adı, hüquqi statusu, nizamnaməsi ,qeydiyyatdan keçdiyi ölkə və rekvizitləri;
-iddiaçının (o cümlədən hüquqi şəxslərin birliyinə daxil olan iddiaçılar) hüquqlarını, ixtisaslarını və ixtisas göstəricilərini təsdiq edən sənədlər;
-iddiaçının (o cümlədən hüquqi şəxslərin birliyinə daxil olan iddiaçılar), işçi heyətinə (mütəxəssislər və ekspertlər) daxil olacaq mütəxəssislərin peşəkarlığını və təcrübəsini təsdiq edən sənədlər.
Sənədlər Azərbaycan dilində, 2 nüsxədə (əsli və surəti) tərtib olunmalıdır (xarici dildəki tender təklifləri Azərbaycan dilinə tərcümə edilməlidir). Tender proseduru “Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikası Qanuna uyğun keçiriləcəkdir.
İddiaçılar tenderdə iştirak etmək üçün yuxarıda göstərilən sənədləri (tender təklifi və bank təminatı istisna olmaqla) 23 noyabr 2018-ci il saat 12.00-a qədər, tender təklifi və bank təminatını isə möhürlənmiş ikiqat zərfdə 6 dekabr 2018- ci il saat 11.00-a qədər Heydər Əliyev prospekti 152 nömrəli ünvanda “Çinar Plaza” İş Mərkəzinə məxsus binanın 13-cü mərtəbəsində yerləşən ofisinə (ümumi şöbəyə) təqdim etməlidirlər.
Göstərilən vaxtdan gec təqdim olunan zərflər açılmadan geri qaytarılacaqdır. İddiaçıların təklifləri 7 dekabr 2018-ci il saat 15.00-da Bakı şəhəri, Heydər Əliyev prospekti 152 nömrəli ünvanda “Çinar Plaza” İş Mərkəzinə məxsus binanın 12-ci mərtəbəsində yerləşən ofisində açılacaqdır. İddiaçıların səlahiyyətli nümayəndələri iştirak edə bilərlər.