Enerji Məsələlərini Tənzimləmə Agentliyi “Agentliyin 2022-ci büdcə ili üzrə maliyyə hesabatlarının Beynəlxalq Audit Standartlarına uyğun olaraq kənar auditinin həyata keçirilməsi xidməti” üzrə kotirovka sorğusu elan edir.
FED.az xəbər verir ki, sorğuda iştirak haqqı 100 manatdır. Müsabiqə fevral ayının 8-də başlayır. Təkliflər fevralın 22-dək təqdim edilməlidir. Zərflər fevral ayının 23-də açılacaq.
Satınalan təşkilatın VÖEN-i: 1603161411
Satınalan təşkilatın ünvanı: Heydər Əliyev pros. 152, "Çinar Plaza" İş Mərkəzi, AZ1029, Bakı.
Çatdırılma yeri: Heydər Əliyev prospekti 152, Çinar plaza iş mərkəzi
Çatdırılma müddəti: Sifarişçi tərəfindən sifarişlər İcraçıya yazılı və ya şifahi təqdim edilən gündən ən geci 30 aprel 2023-cü il tarixədək Sifarişçiyə təhvil verilməlidir