Energetika Nazirliyinin "2023-cü il üçün Maşın və avadanlıqların (noutbuk, printer, fotoaparat və digər avadanlıqlar) satın alınması" tenderi ləğv olunub.
FED.az xəbər verir ki, buna səbəb tender prosedurlarının keçirilməsi zamanı iddiaçılar arasında qiymətin qaldırılmasına yönələn sövdələşmədir (DSQ 11,2-ci maddə, 2-ci hal).
Ləğv etmə mətnində bildirilir ki, tender təklifləri formal tələblərə uyğun gəlmədiyindən "Dövlət satınalmaları haqqında" AR Qanununu 11.2--ci maddəsinə əsasən tender proseduru ləğv edilir.
Bu da Dövlət Satınalmaları haqqında qanunun 11.2-ci maddəsi ilə tənzimlənir. Həmin maddəyə satınalan təşkilat dövlət mənafelərinin qorunması məqsədi ilə aşağıdakı hallarda bütün tender təkliflərinin, oferta və kotirovkaların aksept olunana qədər rədd edilməsi barədə qərar qəbul edə bilər:
tender prosedurlarının keçirilməsi zamanı iddiaçılar arasında qiymətin qaldırılmasına yönələn sövdələşmə müəyyən etdikdə;
tender təklifləri tenderin əsas şərtlər toplusuna uyğun olmadıqda;
tender predmetinin maliyyələşdirilməsi dayandırıldıqda.