Banner

Tenderlər

Energetika Nazirliyi tender - ELAN EDİR

Energetika Nazirliyi tender - ELAN EDİR | FED.az
14:27 10 Aprel 2021

Azərbaycan Respublikasının Energetika Nazirliyi öz ehtiyaclarını təmin etmək məqsədi ilə dəftərxana və təsərrüfat mallarının satın alınması üçün açıq yender elan edir.

Xəzər Dəniz Gəmiçiliyi kotirovka sorğusu - ELAN EDİR

FED.az xəbər verir ki, Tenderdə iştirak etmək istəyənlər aşağıdakı məbləğdə iştirak haqqını göstərilən hesaba köçürdükdən sonra Azərbaycan dilində tərtib olunmuş əsas şərtlər etender.gov.az internet səhifəsindən əldə edə bilərlər. Əlaqələndirici şəxs – Elçin Mehrəliyev (telefon -598 16 53/54 – daxili 1132).
İştirak haqqı 150 manatdır. İştirak haqqı heç bir halda geri qaytarılmır.
Bank rekvizitləri- Dövlət Xəzinədarlığı Agentliyi
Kod- 210005
VÖEN-1401555071
M/h- AZ41NABZ
01360100000000003944
SWİFT -CTREAZ22
Alan-Energetika Nazirliyi
VÖEN-1300087531
Hh- AZ44CTRE
00000000000002218301
XHK 2218301
Büdcə səviyyəsinin kodu- 7
İqtisadi təsnifat kodu- 142330
Təkliflərin qiymətləndirilməsində aşağıdakı meyarlara üstünlük veriləcəkdir:
-yüksək keyfiyyət, aşağı qiymət və müqavilənin vaxtında yerinə yetirilməsi.
Müqaviləni yerinə yetirmək üçün tender iştirakçıları lazımi texniki və maliyyə imkanlarına malik olmalıdırlar.
İddiaçılar tenderdə iştirak üçün aşağıdakı sənədləri təqdim etməlidirlər:
- Azərbaycan Respublikasında vergilərə və digər icbari ödənişlərə aid yerinə yetirilməsi vaxtı keçmiş öhdəliklərin olmaması haqqında müvafiq vergi orqanından arayış;
- iddiaçının son bir ildəki fəaliyyəti haqqında vergi orqanları tərəfindən təsdiq olunmuş maliyyə hesabatının surəti;
- iddiaçının son bir ildəki maliyyə vəziyyəti haqqında bank arayışı;
- iddiaçının tam adı, hüquqi statusu, nizamnaməsi, qeydiyyatdan keçdiyi ölkə və rekvizitləri;
- tender təklifi (tender zərfləri açıldıqdan sonra ən azı 30 bank günü qüvvədə olmalıdır);
- mikro, kiçik və orta sahibkarlıq subyektinə aid olması barədə məlumat (statistika komitəsindən alınmalıdır. Sənədin əslinin skan olunaraq PDF formatında portal vasitəsilə təqdim edilməsi vacibdir);
Sənədlər Azərbaycan dilində tərtib olunmalıdır.
Elektron tender proseduru “Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun keçiriləcəkdir.
İddiaçılar tenderdə iştirak üçün ixtisas göstəricilərinə aid sənədləri 30 aprel 2021-ci il saat 17.00-a, tender təklifi ilə bank təminatı sənədlərini isə 11 may 2021-ci il saat 16.00-a qədər portal vasitəsilə təqdim etməlidirlər.
İddiaçıların təklifləri 12 may 2021-ci il saat 17.00-da açılacaqdır. İddiaçılar açılışın nəticələrilə portal vasitəsilə tanış ola bilərlər.
QEYD - tenderdə iştirak, tenderin qiymətləndirilməsi və digər bütün prosedurlar yalnız elektron qaydada portal vasitəsilə aparılır.
E-şərtlər toplusunu 2021-ci il aprelin 9-dan sonra əldə etmək olar.

Banner
Banner

Digər xəbərlər