İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti açıq tender elan edir.
FED.az xəbər verir ki, elanda avtonəqliyyat vasitələrinin 2024-cü il ərzində yağ-sürtkü materiallarının dəyişdirilməsi, cari təmiri və ehtiyat hissələri nəzərdə tutulur.
Müsabiqədə iştirak haqqı 150 manat təşkil edir .
Satınalan təşkilatın VÖEN-i : 2000015631
Satınalan təşkilatın ünvanı : Bakı şəhəri, Heydər Əliyev pr. 139
Müsabiqənin başlama tarixi və vaxtı: 21.11.2023 11:15
Tələb olunan sənədlərin təqdim edilməsinin son tarixi və vaxtı: 11.12.2023 10:00
Təkliflərin son təqdim olunma tarixi və vaxtı: 19.12.2023 17:00
Zərflərin açılış tarixi və vaxtı: 20.12.2023 10:00
Ödəniş şərtləri : Köçürmə yolu ilə
Çatdırılma yeri : Bakı şəhəri
Çatdırılma müddəti : 31 dekabr 2024-cü il
Çatdırılma şərtləri : DDP
Tələb olunan sənədlər :
Azərbaycan Respublikasında vergilərə və digər icbari ödənişlərə dair yerinə yetirilməsi vaxtı keçmiş öhdəliklərinin, habelə son bir il ərzində (fəaliyyətini dayandırdığı müddət nəzərə alınmadan) vergiödəyicisinin Azərbaycan Respublikasının Vergi Məcəlləsi ilə müəyyən edilmiş vəzifələrinin yerinə yetirilməməsi hallarının mövcud olmaması
Satınalma müqaviləsini bağlamaq səlahiyyəti olması
Öz əmlakından sərbəst və məhdudiyyətsiz istifadə etmək imkanı, habelə ödəmə qabiliyyəti olması, müflis elan olunmaması, əmlakı üzərinə həbs qoyulmaması, ödənişə yönəlmiş girovun olmaması, məhkəmənin qərarı ilə kommersiya fəaliyyəti dayandırılmış şəxs olmaması
Satınalma prosedurlarının başlanmasından əvvəlki 5 il ərzində özlərinin,habelə işlərini idarə edənlərin,qulluqçularının peşəkar fəaliyyətləri,yaxud satınalma müqaviləsinin bağlanması üçün ixtisas göstəricilərini yanlış göstərmələri ilə əlaqədar cinayətə görə məhkum olunmaması,yaxud onların müvafiq peşə fəaliyyətləri ilə məşğul olmasının məhkəmə qaydasında qadağan edilməməsi
Sahibkarlıq subyektinin bölgüsü
Maliyyə vəziyyəti haqqında bank arayışı
İxtisas göstəriciləri:
İddiaçının analoji işlər üzrə iş təcrübəsini təsdiq edən sənədlər
İddiaçının xüsusi mülkiyyətində olan texniki servis mərkəzinin sənədlərinin və ya xidmət göstəriləcək yer ilə bağlanmış icarə müqaviləsinin notarial qaydada təstiq edilmiş surətləri və təmir işlərinin yerinə yetirilməsi zamanı istifadə ediləcək texnoloji avadanlıqlar və alətlər barədə məlumat
Malgöndərənlərlə (podratçılarla) vasitəçi olmadan əlaqəni təmin edən, onlarla məlumat mübadiləsini aparan satınalan təşkilatın vəzifəli şəxsi (/ləri) – Kənan Əskərov, Böyük məsləhətçi
Email: [email protected]
Əlaqə telefonu : 012 311-01-60 / 1457