Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi dövlət müəssisələrinin bazasında yaradılacaq səhmdar cəmiyyətlərinin nizamnamə kapitalının müəyyən edilməsi, respublikanın müxtəlif rayon və şəhərlərində yerləşən kiçik dövlət müəssisə və obyektlərinin, habelə özəlləşdirilməsi və ya icarəyə verilməsi nəzərdə tutulan dövlət mülkiyyətində olan torpaq sahələrinin qiymətləndirilməsi prosesinə məsləhətçilərin (qiymətləndiricilərin) cəlb edilməsi ilə bağlı tender elan edir.
FED.az TENDER xəbər verir ki, tender4 (dörd) lot üzrə keçiriləcək.
-
lot 1 - Dövlət müəssisələrinin bazasında yaradılacaq səhmdar cəmiyyətlərinin nizamnamə kapitalının müəyyən edilməsi
-
lot 2 - Respublikanın müxtəlif rayon və şəhərlərində (Bakı şəhəri istisna olmaqla) yerləşən kiçik dövlət müəssisə və obyektlərinin bazar dəyərinin müəyyən edilməsi
-
lot 3 - Bakı şəhərində yerləşən dövlət mülkiyyətində olan torpaq sahələrinin bazar dəyərinin müəyyən edilməsi
-
lot 4 - Respublikanın müxtəlif rayon və şəhərlərində yerləşən (Bakı şəhəri istisna olmaqla) dövlət mülkiyyətində olan torpaq sahələrinin bazar dəyərinin müəyyən edilməsi
Tender iştirakçılarına təklif edilir ki, öz tender təkliflərini möhürlənmiş, imzalanmış şəkildə ikiqat zərflərdə yazılı surətdə təqdim etsinlər. Müqaviləni yerinə yetirmək üçün tender iştirakçıları lazımi maliyyə və texniki imkanlarına malik olmalıdırlar. Tenderdə iştirak etmək istəyənlər lot üzrə aşağıdakı məbləğdə iştirak haqqını göstərilən hesaba köçürdükdən sonra Azərbaycan dilində tərtib olunmuş əsas şərtlər toplusunu Bakı şəhəri, Yusif Səfərov küçəsi, 50 (otaq № 812) (Əlaqələndirici şəxs : ŞƏBNƏM ŞAHVƏLƏDOVA ŞƏMİDDİN QIZI , telefon : 0124902408 (357)) ünvanından ala bilərlər.
İştirak haqqı:
-
lot 1 - 500 AZN
-
lot 2 - 500 AZN
-
lot 3 - 500 AZN
-
lot 4 - 500 AZN
Bank rekvizitləri:
-
Hesab: AZ84CTRE00000000000002647970
-
VÖEN: 1401555071
-
Bank: Dövlət Xəzinədarlıq Agentliyi
-
Kodu: 210005
-
M/H: AZ41NABZ01360100000000003944
-
S.W.İ.F.T:
İştirak haqqı heç bir halda geri qaytarılmır.
İddiaçılar tenderdə iştirak etmək üçün aşağıdakı sənədləri təqdim etməlidirlər:
-
1. Tenderdə iştirak etmək üçün yazılı müraciət;
-
2. Tenderdə iştirak haqqının ödənilməsi barədə bank sənədi;
-
3. Tender təklifi (zərflərin açıldığı tarixdən sonra ən azı 30 bank günü qüvvədə olmalıdır);
-
4. Tender təklifi dəyərinin 1 % -i həcmində bank təminatı (zərflərin açıldığı tarixdən sonra ən azı 60 bankgünü qüvvədə olmalıdır);
-
5. Azərbaycan Respublikasında vergilərə və digər icbari ödənişlərə dair yerinə yetirilməsi vaxtı keçmiş öhdəliklərin olmaması haqqında müvafiq vergi orqandan arayış;
-
6. İddiaçının son bir ildəki fəaliyyəti haqqında vergi orqanları tərəfindən təsdiq olunmuş maliyyə hesabatının surəti;
-
7. İddiaçının son bir ildəki maliyyə vəziyyəti haqqında bank arayışı;
-
8. İddiaçının tam adı hüquqi statusu, nizamnaməsi qeydiyyatdan keçdiyi ölkə və rekvizitləri;
-
9. İddiaçılar müvafiq mallar üzrə mənşə və uyğunluq sertifikatları;
-
10. Digər sənədlər: Tenderin lotlar üzrə Əsas Şərtlər Toplularında göstərilən bütün digər sənədlər
Sənədlər Azərbaycan dilində, 2 nüsxədə (əsli və surəti) tərtib olunmalıdır (xarici dildə olan tender təklifləri Azərbaycan dilinə tərcümə olunmalıdır). Tender proseduru «Dövlət satınalmaları haqqında» qanuna uyğun keçiriləcəkdir. İddiaçılar tenderdə iştirak etmək üçün yuxarıda göstərilən sənədləri (tender təklifi və bank təminatı istisna olmaqla) 14.05.2019 17:00 tarixinə qədər, tender təklifi və bank təminatını isə möhürlənmiş ikiqat zərfdə 22.05.2019 17:00 qədər Bakı şəhəri, Yusif Səfərov küçəsi, 50 (otaq № 812) ünvanına təqdim etməlidirlər. Göstərilən vaxtdan gec təqdim olunmuş zərflər açılmadan geri qaytarılacaqdır. İddiaçıların təklifləri 23.05.2019 15:00 tarixində Bakı şəhəri, Xətai rayonu, Yusif Səfərov küçəsi, 50 ünvanında açılacaqdır. İddiaçıların səlahiyyətli nümayəndələri iştirak edə bilərlər.