Şahdağ Turizm Mərkəzi elektrik mallarının satınalınması ilə bağlı açıq tender elan edir.
FED.az xəbər verir ki, tenderdə iştirak haqqı 250 manatdır.
Satınalan təşkilatın VÖEN-i: 4700664781
Satınalan təşkilatın ünvanı: AZ3827 Qusar rayonu Qusar-Ləzə avtomobil yolunun 29-cu kilometri
Müsabiqənin başlama tarixi və vaxtı: 05.09.2023 17:30
Tələb olunan sənədlərin təqdim edilməsinin son tarixi və vaxtı: 26.09.2023 11:00
Təkliflərin son təqdim olunma tarixi və vaxtı: 04.10.2023 15:00
Zərflərin açılış tarixi və vaxtı: 05.10.2023 11:00
Ödəniş şərtləri - Satınalma müqaviləsi üzrə ödənişlər malgöndərənin (podratçının) təqdim etdiyi sənədlər (qaimələr, hesab fakturalar, aktlar və digər sənədlər) əsasında, 15 bank günündən gec olmamaq şərti ilə aparılacaqdır. Təklifin qiymətinin hesablanmalı və ifadə edilməli olduğu valyuta: AZN
Çatdırılma yeri - Qusar Rayonu, Qusar-Ləzə Avtomobil Yolunun 29-cu km
Çatdırılma müddəti - Müqavilə imzalandığı tarixdən 29.12.2023-cü il tarixinədək.
Tələb olunan sənədlər
Təşkilati və hüquqi sənədlər:
Azərbaycan Respublikasında vergilərə və digər icbari ödənişlərə dair yerinə yetirilməsi vaxtı keçmiş öhdəliklərinin, habelə son bir il ərzində (fəaliyyətini dayandırdığı müddət nəzərə alınmadan) vergiödəyicisinin Azərbaycan Respublikasının Vergi Məcəlləsi ilə müəyyən edilmiş vəzifələrinin yerinə yetirilməməsi hallarının mövcud olmaması
Kommersiya hüquqi şəxsin Dövlət Qeydiyyatı Haqqında Şəhadətnaməsi;
Kommersiya hüquqi şəxsin Dövlət Reyestrindən Çıxarışı;
Kommersiya hüquqi şəxsin bank rekvizitləri;
Kommersiya hüquqi şəxsin son bir ildəki (əgər daha az müddət fəaliyyət göstərirsə, bütün fəaliyyəti dövründəki) maliyyə vəziyyəti barədə bank tərəfindən verilmiş arayış;
Satınalma müqaviləsinin icrasını təmin etmək üçün müvafiq sahədə peşəkarlığının, təcrübəsinin, texniki və maliyyə imkanlarının, işçi qüvvəsinin, idarəetmə səriştəsinin, etibarlığının olması;
Satınalma müqaviləsini bağlamaq səlahiyyəti olması barədə sənəd;
Öz əmlakından sərbəst və məhdudiyyətsiz istifadə etmək imkanı, habelə ödəmə qabiliyyəti olması barədə sənəd;
Müflis elan olunmaması, əmlakı üzərinə həbs qoyulmaması, ödənişə yönəlmiş girovun olmaması, məhkəmənin qərarı ilə kommersiya fəaliyyəti dayandırılmış şəxs olmaması barədə məlumat;
Satınalma prosedurlarının başlanmasından əvvəlki 5 il ərzində özünün, habelə işlərini idarə edənlərin, qulluqçularının peşəkar fəaliyyətləri, yaxud satınalma müqaviləsinin bağlanması üçün ixtisas göstəricilərini yanlış göstərmələri ilə əlaqədar cinayətə görə məhkum olunmaması, yaxud onların müvafiq peşə fəaliyyətləri ilə məşğul olmasının məhkəmə qaydasında qadağan edilməməsi barədə məlumat;
Son bir ildəki fəaliyyəti haqqında vergi orqanı tərəfindən təsdiq olunmuş maliyyə hesabatının surəti (bir ildən az müddətə fəaliyyət göstərirsə həmin dövrü əhatə edən maliyyə hesabatının surəti);
Mikro, kiçik, orta və iri sahibkarlıq subyektinə aid olması barədə məktub;
Kommersiya hüquqi şəxsin Nizamnaməsi (əgər dəyişiklik olmuşdursa dəyişikliklə birlikdə)
Malgöndərənlərlə (podratçılarla) vasitəçi olmadan əlaqəni təmin edən, onlarla məlumat mübadiləsini aparan satınalan təşkilatın vəzifəli şəxsi (/ləri) - Anar Məmmədov, Satınalmalar şöbəsinin baş mütəxəssisi
Email: [email protected]
Əlaqə telefonu: 077 277 32 15