Tender 1 lot üzrə keçirilir::
lot 1 - Samur-Yalama Milli Parkında kompleks Ziyarətçi Mərkəzinin və İnzibati Binanın tikintisi işləri
Tender iştirakçılarına təklif edilir ki, öz tender təkliflərini möhürlənmiş, imzalanmış şəkildə ikiqat zərflərdə yazılı surətdə təqdim etsinlər.
Müqaviləni yerinə yetirmək üçün tender iştirakçıları lazımi maliyyə və texniki imkanlarına malik olmalıdırlar.
Tenderdə iştirak etmək istəyənlər lot üzrə aşağıdakı məbləğdə iştirak haqqını göstərilən hesaba köçürdükdən sonra Azərbaycan dilində tərtib olunmuş əsas şərtlər toplusunu [email protected](Əlaqələndirici şəxs :Ülviyyə Təhməzli, telefon :(+99450) 380-76-25) ünvanından ala bilərlər .
İştirak haqqı
lot 1 - 0 manat
Hesab: | |
VÖEN | |
Bank: | |
Kodu: | |
VÖEN: | |
M/H: | |
S.W.İ.F.T: |
İştirak haqqı heç bir halda geri qaytarılmır.
İddiaçılar tenderdə iştirak etmək üçün aşağıdakı sənədləri təqdim etməlidirlər:
- Tenderdə iştirak etmək üçün yazılı müraciət;
- Tenderdə iştirak haqqının ödənilməsi barədə bank sənədi;
- Tender təklifi (zərflərin açıldığı tarixdən sonra ən azı 30 bank günü qüvvədə olmalıdır);
- Tender təklifi dəyərinin 10000.00 Avro % -i həcmində bank təminatı (zərflərin açıldığı tarixdən sonra ən azı 60 bankgünü qüvvədə olmalıdır);
- Azərbaycan Respublikasında vergilərə və digər icbari ödənişlərə dair yerinə yetirilməsi vaxtı keçmiş öhdəliklərin olmaması haqqında müvafiq vergi orqandan arayış;
- İddiaçının son bir ildəki fəaliyyəti haqqında vergi orqanları tərəfindən təsdiq olunmuş maliyyə hesabatının surəti;
- İddiaçının son bir ildəki maliyyə vəziyyəti haqqında bank arayışı;
- İddiaçının tam adı hüquqi statusu, nizamnaməsi qeydiyyatdan keçdiyi ölkə və rekvizitləri;
- İddiaçılar müvafiq mallar üzrə mənşə və uyğunluq sertifikatları;
- Digər sənədlər: Qeyd: 2-ci bənddə qeyd olunan sənəd tələb olunmur. 3-cü bənddə qeyd olunan sənəd 120 bank günü qüvvədə olmalıdır. 4-cü bənddə qeyd olunan məbləği əks etdirən sənəd ən azı 148 bank günü qüvvədə olmalıdır. Tələb olunan digər bütün sənədlər Tenderin Əsas Şərtlər toplusunda əks olunub.
Sənədlər Azərbaycan dilində, 2 nüsxədə (əsli və surəti) tərtib olunmalıdır (xarici dildə olan tender təklifləri Azərbaycan dilinə tərcümə olunmalıdır).
Tender proseduru «Dövlət satınalmaları haqqında» AR Qanununa, İnkişaf etməkdə olan ölkələrlə Maliyyə Əməkdaşlığı çərçivəsində Təchizat və İş müqavilələrinin satın alınması üzrə KfW Təlimatına qanuna uyğun keçiriləcəkdir.
İddiaçılar tenderdə iştirak etmək üçün yuxarıda göstərilən sənədləri (tender təklifi və bank təminatı istisna olmaqla) 2018-05-03 17:00 tarixinə qədər, tender təklifi və bank təminatını isə möhürlənmiş ikiqat zərfdə 2018-05-14 17:00qədər Ü.Hacıbəyov küçəsi 36, Mərkəzi Poçt, Bakı AZ1000 və ya birbaşa B.Ağayev küçəsi 100 A, AZ1073, Bakı şəhəri (Ekologiya və Təbii Sərvətlər Nazirliyi) ünvanına təqdim etməlidirlər.
Göstərilən vaxtdan gec təqdim olunmuş zərflər açılmadan geri qaytarılacaqdır.
İddiaçıların təklifləri 2018-05-15 15:00 tarixində Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Bakı şəhəri, B. Ağayev küçəsi, 100 A ünvanında açılacaqdır.
İddiaçıların səlahiyyətli nümayəndələri iştirak edə bilərlər.
TENDER KOMİSSİYASI