Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi bərk inventarların satın alınması üçün açıq tender elan edir.
Klinik Tibbi Mərkəz kotirovka sorğusu - ELAN EDİR
FED.az xəbər verir ki, “Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikası Qanununun 50-1.1-ci maddəsinə əsasən elektron satınalma vasitəsilə keçirilən açıq tenderdə yalnız mikro, kiçik və orta sahibkarlıq subyektləri iştirak edə bilərlər.
Tender iştirakçılarına təklif edilir ki, https://www.etender.gov.az/ - dövlət satınalmalarının vahid internet portalına (Portal) elektron imzaları vasitəsilə daxil olsunlar və tender haqqında ətraflı məlumatı əldə etsinlər. Müqaviləni yerinə yetirmək üçün tender iştirakçıları lazımi maliyyə və texniki imkanlara malik olmalıdırlar.
İştirak haqqının ödənilməsi yalnız “ASAN ödəniş” vasitəsilə həyata keçirilə bilər. Müsabiqədə iştirak etmək istəyənlər müsabiqəyə daxil olduqdan sonra “Asan ödəniş et” düyməsini sıxaraq aidiyyəti keçid vasitəsilə lot üzrə 50 manat məbləğində iştirak haqqını ödəyərək azərbaycan dilində tərtib olunmuş əsas şərtlər toplusunu Portal vasitəsilə əldə edə bilərlər.
İştirak haqqı heç bir halda geri qaytarılmır.
Malgöndərənlərlə (podratçılarla) vasitəçi olmadan əlaqəni təmin edən, onlarla məlumat mübadiləsini aparan satınalan təşkilatın vəzifəli şəxsi: Kəmalə Nəsibova, Tel.: (012) 538 12 94, (012) 539 18 10.
İddiaçılar tenderdə iştirak etmək üçün aşağıdakı sənədləri təqdim etməlidirlər:
1. Tenderdə iştirak haqqının ödənilməsi barədə təsdiqedici sənəd;
2. İddiaçının hüquqi sənədlərinin surəti (hüquqi sənədlərin surəti notarial qaydada təsdiqli olmalıdır) və bank rekvizitləri;
3. Tender təklifi (zərflərin açıldığı tarixdən sonra ən azı 30 bank günü qüvvədə olmalıdır);
4. Tender təklifi dəyərinin 1%-i həcmində bank təminatı (tender təklifinin qüvvədə olma müddətindən 30 bank günü çox olmalıdır);
5. Azərbaycan Respublikasında vergilərə və digər icbari ödənişlərə dair yerinə yetirilməsi vaxtı keçmiş öhdəliklərin olmaması, habelə son bir il ərzində (fəaliyyətini dayandırdığı müddət nəzərə alınmadan) vergi ödəyicisinin Azərbaycan Respublikasının Vergi Məcəlləsi ilə müəyyən edilmiş vəzifələrinin yerinə yetirilməməsi hallarının mövcud olmaması haqqında müvafiq vergi orqanından arayış;
6. İddiaçının son bir ildəki fəaliyyəti haqqında vergi orqanları tərəfindən təsdiq olunmuş maliyyə hesabatının surəti;
7. İddiaçının mikro, kiçik və orta sahibkarlıq subyektinə aid edilməsi barədə müvafiq dövlət statistika orqanından arayış;
8. İddiaçının son bir ildəki maliyyə vəziyyəti haqqında bank arayışı;
9. İddiaçının analoji işlərdə təcrübəsi, maddi-texniki və kadr imkanları haqqında rəsmi məlumat;
10. İddiaçının müflis elan olunmaması, əmlakı üzərinə həbs qoyulmaması, ödənişə yönəlmiş girovun olmaması, məhkəmənin qərarı ilə kommersiya fəaliyyəti dayandırılmış şəxs olmaması barədə Dövlət Vergi Xidməti tərəfindən verilmiş yüklülük barədə arayış.
Sənədlər Azərbaycan dilində tərtib olunmalıdır. İddiaçılar tender ilə bağlı sualları Portal vasitəsilə satınalan təşkilata ünvanlaya bilərlər. Tender proseduru “Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun keçiriləcəkdir. İddiaçılar tenderdə iştirak etmək üçün tender təklifi və tender təklifinin bank təminatı istisna olmaqla digər sənədləri 23.07.2021-ci il saat 11:00 tarixinə qədər və tender təklifi ilə bank təminatı sənədlərini 02.08.2021-ci il saat 18:00 tarixinə qədər Portal vasitəsilə təqdim etməlidirlər. İddiaçıların təklifləri 03.08.2021-ci il saat 11:00 tarixində açılacaqdır. İddiaçılar açılışın nəticələri ilə Portal vasitəsi ilə tanış ola bilərlər.
Qeyd: Tenderdə iştirak, tenderin qiymətləndirilməsi və digər bütün prosedurlar yalnız elektron qaydada portal vasitəsilə aparılır.