Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi keçirdiyi tenderin qalibini elan edib.
FED.az TENDER xəbər verir ki, tenderin qalibi Türkiyənin Durusu Danismanlik İthalat ve İhracat Hizmetleri Ticaret Ltd. Sti. şirkəti olub.
Nazirliklə şirkət arasında 14.03.2019-cu il tarixində 1 mln 146 min 998 evro dəyərində müqavilə imzalanıb.
Müqavilənin predmeti 2019-cu ilin 29 aprel – 07 oktyabr tarixlərində “Yaşıl həyat, daha yaxşı həyat” mövzusunda keçiriləcək Beynəlxalq Bağçılıq Sərgisində (Pekin EXPO 2019) Azərbaycan pavilyonunun 2019-cu ildə saxlanılması işlərinin satın alınması olub.
Ekologiya Nazirliyi sərgiyə 2,2 mln manat xərcliyəcək - MÜQAVİLƏ
12:41
29 Mart 2019