Ehtimal olunan qiymətin hesablanması Qaydası təsdiq edilib.
FED.az xəbər verir ki, Baş nazir Əli Əsədov bununla bağlı qərar imzalayıb. Qərara əsasən, satınalan təşkilat ehtimal olunan qiyməti təkliflərin qiymətləndirilməsi üçün istifadə edir.
Satınalma planında göstərilən ehtimal olunan qiymətlə bağlı Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Antiinhisar
və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətində şübhələr yarandıqda və bununla bağlı satınalan təşkilat tərəfindən qaneedici izahat təqdim edilmədikdə ehtimal olunan qiymət bu Qaydada göstərilmiş üsullarla yenidən hesablanır.
Ehtimal olunan qiymətin hesablanması üsulları aşağıdakılardır:
Mal, xidmət və bu Qaydanın tələbləri nəzəri alınmaqla işlərin ehtimal olunan qiymətinin hesablanması üsulları aşağıdakılardır:
- statistik üsul;
- bazar araşdırması üsulu;
- açıq informasiya üsulu;
- analoq üsulu;
- təcrübə üsulu;
- qiymətləndirici üsul.
Ehtimal olunan qiymət 2 və daha çox üsulla hesablandıqda ən aşağı olan qiymət ehtimal olunan qiymət hesab edilir.
Bu Qərar 2024-cü il yanvarın 1-dən qüvvəyə minir.