Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Aparatının struktur bölməsi olan Uçot siyasəti və təminat şöbəsinin adı dəyişdirilib.
FED.az Banker.az-a istinadən xəbər verir ki, bu barədə nazirliyin rəsmi səhifəsində məlumat verilir.
Bundan sonra İqtisadiyyat şöbəsi adlandırılacaq.
Qeyd etməliyik ki, bu şöbə uçot, satınalma və təminat sahəsində təşkilati tədbirləri həyata keçirir. Bu şöbənin strukturuna isə Mühasibat uçotu sektoru, Satınalamların təşkili sektoru və Təminat sektoru daxildir.
Hazırda ƏƏSMN-nin strukturunda 17 şöbə fəaliyyət göstərir.