Ədliyyə Nazirliyi 2 tenderə yekun vurub.
FED.az xəbər verir ki , hər iki tenderin qalibi “Bestcomp Group” QSC şirkəti olub. Qali şirkətə toplamda 6 573 995 maat ödəiləcək.
Qeyd edək ki, “Bestcomp Group” MMC 1998-ci ildə yaradılıb, nizamnamə kapitalı 8 962 330 AZN təşkil edir. Şirkətin qanuni təmsilçisi Fərid Həsənov Rafiq oğludur. Hüquqi ünvanı AZ1025, Bakı şəhəri Xətai rayonu, 8 Noyabr, ev 25E ünvanında yerləşir.
Satınalma predmeti və mələğlər aşağıdakı kimi müəyyənləşdirilib :
Satınalma predmeti |
Məbləğ ( AZN) |
Ədliyyə Nazirliyinin struktur qurumlarının istismarında olan avtomatlaşdırılmış sistemlər, informasiya-kommunikasiya avadanlığı və şəbəkə infrastrukturununun saxlanılması və inkişafı, habelə ona texniki dəstəyin göstərilməsi xidmətlərinin satınalınması |
2 227 370 |
“Elektron məhkəmə” informasiya sisteminin fəaliyyətini təmin edən və birinci instansiya məhkəmələrinin istismarında olan texniki-texoloji infrastrukturunun saxlanılması və inkişafı, habelə ona texniki dəstəyin göstərilməsi xidmətlərinin satınalınması |
4 346 625 |