Ədliyyə Nazirliyi 6,9 milyon manatlıq tenderə yekun vurub.
FED.az dövlət vahid elektron satınalmalar portalına istinadən xəbər verir ki, nazirlik məhkum edilmiş şəxslərə tətbiq olunan elektron nəzarət vasitələrinin və aidiyyəti avadanlığın, eləcə də elektron monitorinq sistemlərinin, “Cəza çəkən məhkumlar və həbs olunmuş şəxslər” informasiya resursunun, mövcud elektron nəzarət qurğuları və digər avadanlıq, lisenziyalar, proqram təminatı, habelə rabitə infrastrukturunun saxlanılması, inkişafı və texniki dəstəyin göstərilməsi üzrə xidmətlərin satınalınması üzrə tenderə yekun vurub.
Tenderin qalibi "Evrodizayn" QSC seçilib.
Qalib şirkətlə 6 milyon 895 min 794 manat həcmində müqavilə imzalanacaq. (Apa)