Ədliyyə Nazirliyi “Bakı Ağır Cinayətlər Məhkəməsinin yeni inzibati binasının tikinti işlərinin satınalınması” tenderinin nəticələrini elan edib.
FED.az xəbər verir ki, tenderin qalibi “Euroline” QSC olub.
Qalib şirkətə 21 650 000 manat ödəniləcək.
Qeyd edək ki, “Euroline” QSC 1999-cu ildə yaradılıb, nizamnamə kapitalı 2 200 AZN təşkil edir. Şirkətin qanuni təmsilçisi Muhammad Asifdir. Hüquqi ünvanı AZ5526, Şəki Rayonu, Qoxmuq kəndində yerləşir.