Ədliyyə Nazirliyi tərəfindən maliyyə təminatı həyata keçirilən məhkəmələrin inzibati binalarında cari təmir işlərinin satın alınması ilə bağlı elan edilmiş tenderin nəticəsi açıqlanıb.
FED.az xəbər verir ki, tenderin qalibi "Tvm İnşaat" Məhdud Məsuliyyətli Cəmiyyəti olub. Müqavilənin ümumi dəyəri 1 milyon 159 min manat təşkil edir. Ehtimal olunan qiymət isə 1 milyon 171 min 987 manat 63 qəpik idi.











