Dövlət Sosial Müdafiə Fondu işçiləri üçün ISO 37001:2016 (Rüşvətxorluğa qarşı mübarizənin idarəetmə sistemləri) beynəlxalq standartının tələblərinin tətbiqi ilə bağlı məsləhət xidmətlərinin satın alması üzrə elan etdiyi tenderin qalibini açıqlayıb.
FED.az biznes və maliyyə xəbərləri portalı xəbər verir ki, 30000 manatlıq tenderin qalibi "EKVİTA CONSULTİNG" MMC olub.
Hər iki tərəf arasında müqavilə bağlanılıb.