Dövlət Sosial Müdafiə Fondu investisiya xidmətlərinin satınalınması tenderinə yekun vurub.
FED.az xəbər veri ki, iddiaçılardan daxil olmuş tender təkliflərinin qiymətləndirilməsi həyata keçirilmiş, qiymətləndirmənin nəticəsində "ABB-İnvest İnvestisiya Şirkəti " QSC (VÖEN: 1405161661) qalib müəyyən edilib.
Qalib təşkilatla 15 min manat məbləğində satınalma müqaviləsi imzalanıb.
"ABB-İnvest İnvestisiya Şirkəti " QSC daha öncə də İpoteka və Kredit Zəmanət Fondunun 6 000 manat dəyərində "Qiymətli kağızlar ilə aparılan əməliyyatlarla bağlı müştəri sifarişlərinin qəbul və icra edilməsi üzrə xidmətlərin satın alınması" tenderinin qalibi olub (09.04.2021)