Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti dövlət vergi orqanlarının vəzifəli şəxsləri üçün xüsusi geyim forması və fərqləndirmə nişanlarının satın alınması üzrə tenderə yekun vurub.
Ağdamda eyni məbləğli 3 tender ləğv olundu - SƏBƏB AÇIQLANMADI
FED.az xəbər verir ki, tenderin qalibi "Əli-Tekstil" MMC olub.
Layihənin ehtimal olunan qiyməti 789.573,01 AZN müəyyən edilsə də, "Əli-Tekstil" MMC bu xidmətləri 436.564,13 AZN-ə yerinə yetirməyi təklif edib və tenderi udub. Bu isə dövlət büdcəsinə təxminən 353 min manatlıq qənaət anlamına gəlir.
Qalib şirkət vergi əməkdaşlarının rəsmi geyimlərinin və fərqləndirmə nişanlarının istehsalı və tədarükünü həyata keçirəcək.