İqtisadiyyat Nazirliyi iş adamlarını dövlət satınalmalarında aktiv iştiraka çağırıb. FED.az xəbər verir ki, bu barədə nazirliyin yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin açıqlamasında bildirilir.
Xidmətin yaydığı məlumata görə, hazırda dövlət satınalmalarının şəffaflaşdırılması, satınalmaların sahibkarlar üçün daha əlçatan olması, sağlam rəqabətin yaradılması və təbii inhisarların fəaliyyətinə dövlət nəzarəti davam edir.
«Sahibkarlar elan olunan tenderlər barədə e-tender.gov.az portalı və KİV vasitəsilə məlumat əldə etməklə, öz fəaliyyət istiqamətləri üzrə qeydiyyatdan keçməklə tenderlərdə iştirak edə bilərlər. İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti sahibkarları həyata keçirilən dövlət satınalmalarında fəal iştiraka dəvət edir»-deyə açıqlamada bildirilir.